İmişlidə Xocalı faciəsinin 24-cü ildönümü anıldı - FOTO
26-02-2016, 17:10
Oxunub: 3 666
Xocalı faciəsinin ildönümü İmişli rayonunda da qeyd olunub
Əvvəlcə Xocalı faciəsinə həsr olunan filmə baxış keçirilib.
Bolgexeber.com xəbər verir ki, faciənin ildönümü ilə bağlı keçirilən anım mərasimində çıxış edən İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev 24 il əvvəl erməni daşnaklarının Sovet hərbi birləşmələri ilə birgə Xocalıda törətdiyi qətliamdan danışıb. Fevralın 25-dən 26-na keçən gecə, mənfur qonşularımızın xalqımızın başına gətirdiyi müsibətlərdən konkret faklarla söhbət açıb.
Dinc əhalini, o cümlədən, qadın və uşaqları, qocaları soyuq qış günlərində yurd yuvalarından perik salan, onlara amansız işgəncələr verən erməni daşnaklarının insanlığa sığmayan əməllərinin tayı bərabəri olmadığı nəzərə çatdırılıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verildi. Digər çıxış edənlər də bir daha o günləri yada salaraq ermənilərin tarix boyu xalqımızın başına gətirdiyi müsibətlərdən danışıblar. Bu soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət olduğu vurğulanıb. Həmçinin, bildirilib ki, hazırda rayonda Xocalı ailələri məkunlaşıb, onlara daim qayğı göstərilir, problemləri imkan daxilində həllini tapır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər