Şamaxıda yol çökdü , avtomobillərin hərəkəti çətinləşdi-VİDEO,FOTOLAR
27-02-2016, 21:17
Oxunub: 4 064
Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Ağsu aşırımına yaxın ərazisində, Şamaxının Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb
APA-nın yerli bürosunun xəbərinə görə, torpaq sürüşməsi zamanı yolun bir hərəkət zolağı tamamilə dağılaraq yararsız hala düşüb. Yolun digər hərəkət zolağında da böyük çatlar və çöküntü əmələ gəldiyi üçün nəqliyyat vasitələrnin gediş-gəlişi çətinləşib. Yolda sürüşmə ərazisinin uzunluğu təxminən 40-45 sm, çatların dərinliyi isə 30-40, hətta bəzi yerlərdə 60 sm-ə çatır.
Torpaq sürüşmələrinin daha çox qeydə alındığı Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsindən yük avtomobillərin hərəkəti qadağan olunsa da son vaxtlar buna əməl olunmur. Ağsu aşırımında indiyədək 10-a yaxın yerdə sürüşmə zonası qeydə alınıb. Hazırda dolaylarda iri və xırda çatlar mövcuddur və mütəmadi olaraq yolda bərpa işləri görüldüyü üçün avtomobillərin hərəkəti təmin edilir. Ağsu aşırımında yalnız minik avtomobilləri üçün hərəkətə icazə verilsə də yük avtomobilləri də bu yoldan mütəmadi olaraq istifadə edirlər. Hər il qış aylarında yağıntılardan sonra bu yolda sürüşmə aktivliyi hiss olunur. Şamaxının Şərədil kəndi ərazisindən keçən yoldakı sürüşmə zonası Ağsu aşırımının başlanğıcı hesab olunur. Bu ərazidə ilk dəfədir ki, sürüşmə baş verib. Kəndin yaşlı sakinləri deyir ki, bu ərazidə torpaq sürüşməsinin ilk dəfə şahidi olurlar. Ərazidə heç vaxt belə hal qeyd alınmayıb.
“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya bildirib ki, yaxın günlərdə sözügedən ərazidə bərpa işlərinə başlanılacaq: "Həmin yolun bir hərəkət zolağı dağıldığı üçün əraziyə qırmızı lent çəkilib ki, avtomobillər həmin yerdən keçməsinlər. Nisbətən az çöküntü olan digər hərəkət zolağından isə yük avtomobillərinin hərəkətinə icazə verilmir, minik avtomobilləri isə aşağı sürətlə oradan keçib gedirlər. Hal-hazırda ərazi ciddi nəzarət altındadır. Həmin yerdə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Hətta yeni yol çəkilərkən həmin ərazi sürüşmə zonası kimi qeydə alınmayıb. Ona yaxın ərazilərdə sürüşmə aktivliyi olan yerlər var idi və yolun yenidən qurulması zamanı sürüşmənin qarşısının alınması üçün qabaqlayıcı tədbir görülmüşdü. Amma indi çökən ərazi aktiv sürüşmə yeri kimi qeydə alınmayıb və ilk dəfədir ki, sürüşmə baş verib. Gələn həftə yolun bərpası üçün işlərə başlanılacaq və qabaqlayıcı tədbirlər görüləcək".
Bolgexeber.com






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər