BolgeXeber.Com » Xəbərlər » ASİF ƏZİZOV MASKASI YIRTILIB; - DAHA HAKİMİYYƏTLƏ GİZLƏNPAÇ OYNAYA BİLMƏYƏCƏK

ASİF ƏZİZOV MASKASI YIRTILIB; - DAHA HAKİMİYYƏTLƏ GİZLƏNPAÇ OYNAYA BİLMƏYƏCƏK

29-02-2016, 11:16
Oxunub: 3 378 İfşa etdiyimiz ADP-çi Asif Əzizovun adamlarının Sonolay.org saytının baş redaktoruna gizli telefon nömrələrindən hədələyici zəngləri daxil olmaqdadır. Asif Əzizovun hədələrində ehtiva olunanları həyata keçirməyə cəhd edəcəyinə şübhə yoxdur. Buna nə dərəcədə müvəssər ola biləcəyi isə ayrıca söhbətin mövzusudur. İnadkarlığına isə söz ola bilməz.

Hələ keçən ilin avqust ayında Cəlilabadın icra başçısının birinci müavini Asif Əzizovun işdən çıxarılmasından dərhal sonra KİV-də bu olayın Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə və rayonun icra başçısı Əziz Əzizova baha başa gələ biləcəyi barədə xəbərlər dolaşırdı. O vaxt RİH başçısının birinci müavininin işdən çıxarılması barədə xəbərlərə rəsmi şərh verilməsə də, Asif Əzizovla icra başçısı Əziz Əzizov arasında münasibətlərin son vaxtlar gərgin olduğu, Ə.Əzizovun birinci müavinin onun haqqında Prezident Administrasiyasına məlumatlar ötürməsindən şübhələndiyi yazılırdı.

Xüsusi vurğulanırdı ki, rayon başçısı haqqında Bakıya məlumatlar ötürən birinci müavin özünə dayaq axtararaq, rayona icra başçısı gəlməyə çalışırmış. Hətta müavin Cəlilabaddakı idarə və müəssisə rəhbərləri ilə görüşərək onların dəstəyini almağa çalışıbmış. Amma onun işdən çıxarılmasının başqa bir səbəbi də açıqlanmışdı.

Əvvəlcə gəlin, yaxın tarixə qısa bir ekskurs edək: prezident İlham Əliyevin 2015-ci il avqustun 11-də baş tutan Cəlilabadda səfərindən bir gün öncə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənov rayona gediblərmiş. Həmin vaxt bu rayonun qeyr-rəsmi kuratoru K.Həsənov prezidentin səfəri ilə bağlı hazırlıq işlərindən çox narazı qalıbmış. Komitə sədri RİH işçilərini danlayıb və o qədər əsəbiləşibmiş ki, birinci müavin Asif Əzizovun ünvanına nalayiq ifadələr işlədibmiş. A. Əzizovun da əsəbləri tab gətirməyib və komitə sədrinin cavabını eyni tonda veribmiş. Bu isə 1-ci müavinin taleyini həll edib. Prezidentin rayona səfəri başa çatan kimi A. Əzizovun işdən çıxarıldığı elan olundu.

İcra başçısının sabiq müavinin bu işi belə qoymayacağını deyibmiş. Çünki A. Əzizovda həm icra başçısı, həm K.Həsənov, həm də onun deputat qardaşı M.Həsənov haqda kifayət qədər kompromat materiallar vardı.

Noyabrın 1-də keçirilmiş seçkilərə qədər Malik Həsənovun yenidən deputat seçilməsini əngəlləyə bilməyən Asif Əzizov sonrakı kompromat davasına yeni rəng qatdı - ƏMDK sədri barədə mediaya ötürdüyü məlumatları "MTN işi" ilə əlaqələndirdi. Etibarlı mənbədən verilən məlumata görə A. Əzizov bu kampaniyanı indi də davam və artan xətt boyunca inkişaf etdirməkdədir.

Sonolay.org saytının bu xüsusda əldə etdiyi inforlmasiyalardan isə bəlli olur ki, vəzifədən kənarlaşdırılsa da hələ də ambisiyalarını qoruyub saxlayan, əhəmiyyətli postlar tutan qardaşlarının və digər yaxınlarının hərəkətlərini koordinasiya edən, ADP rəhbərliyi ilə əlaqələrini davam etdirən Asif Əzizov heç vaxt Azərbaycanda Heydər Əliyev hakimiyyətindən məmnun olmayıb, sadəcə ürıyindəki uzaq arzularını gizlətməklə bu dövlətdə tutduğu vəzifəni ciblərini doldurmaq üçün bir fürsət kimi dəyərləndirərək, haram kapitalını artırıb. Dövlət qulluğunda irəli çəkilmək naminə məkrli niyyətlərini qeyri-müəyyən vaxta qədər təxirə salıb. Onun hakimiyyətlə gizlənqaç oynaması hələ ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən cəlilabadlılara məlumdur: Asif Əzizov o zamanlar hətta dövrün ən varlı adamlarının əlçatmaz hesab elədiyi qədər bahalı qiymətə aldığlı avtomobilini ot tayasının altında gizlədib və uzun müddət orada saxlamağa məcbur olub.

Amma indiki həna o hənadan deyil. Asif Əzizovun maskası yırtılıb, daha əsl simasını gizlədə bilməyəcək.