Nardaranda idman bazasının yerində villa tikirlər - RÜSVAYÇILIQ
29-02-2016, 12:50
Oxunub: 836
Azərbaycanda unikal idman bazasının yerində villa tikilir
Qaynar.info xəbər verir ki, bu barədə Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvü Teymur Maksudov, jurnalist, UEFA-nın ölkəmizdəki media nümayəndəsi ictimaiyyətə müraciətində bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində və onun ətrafında yerləşən yeganə təbii qayalıqlar Nardaran qəsəbəsi ərazisindədir. Məhz bu ərazidən idman həvəskarları baza kimi yararlanırmışlar. Amma kimlərsə tərəfindən həmin ərazi işğal olunub və orda fərdi yaşayış evinin inşasına başlanılıb. Qəribəsi odur ki, nə yerli bələdiyyənin əməkdaşları, nə də əraziyə nəzarət edən polis tikintinin sahibini tanımır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktla bağlı akt tərtib edib ki, bu tikinti qanunsuz həyata keçirilir. Akta bələdiyyə sədrinin müavini qol çəksə də, Sabunçu rayon icra hakimiyyətinin Nardaran üzrə nümayəndəsi həmin prosesdən vaz keçib və əraziyə baxış keçirməkdən imtina edib. Hazırda da o ərazidə tikinti işləri davam etdirilir.
Həmkarımızın sözlərinə görə, federasiyanın idmançıları bu məsələdə passivdirlər. Yalnız idmançılardan Süsən Əliyeva əməldə bu tikilinin dayandırılması üçün əməli fəaliyyət göstərir.
İdman mətbuatından və ictimaiyyətdən kömək gözləyən Teymur bəy ərazidən çəkilən fotoşəkli də sosial şəbəkə vasitəsiylə yayımlayıb. Özünüz də diqqətlə baxın. Bu cür nadir təbiəti məhv etmək hansı vicdana sığır? Ümid edirik ki, ölkə başçısının idmana göstərdiyi diqqət və qayğıdan xəbərdar olan məmurlar bu nadir idman bazasının qorunması üçün hərəkətə keçəcəklər.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin nümayəndəsinin fikrini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm