BolgeXeber.Com » Xəbərlər » AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal - İTTİHAM VAR

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal - İTTİHAM VAR

2-03-2016, 10:41
Oxunub: 2 444 AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal - İTTİHAM VARHəmçinin deyirlər ki, onun doktorluq dissertasiyasını bizim AAK qəbul etməsə də o başqa yerdə onu ustalıqla müdafiə edib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi, dosent Sabir Tağıyev Prezident İlham Əliyevə, AMEA-nın prezidenti Akif Əlizadəyə və surəti "Təzadlar" qəzetinə olmaqla, müraciət qəbul edib... S.Tağıyev müraciətinə bəzi sənəd və faktları da əlavə edib. Müəllif-şikayətçinin israrlı xahişi ilə məktubunu aşağıdakı məzmununu qorumaqla olduğu kimi təqdim edirik (İlk dəfədir ki, qəzetdə baş redaktora birbaşa tərif ünvanlı müraciət təqdim edilir:
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal - İTTİHAM VAR


AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin böyük elmi işçisi, dosent
(Email: [email protected]
Tağıyev Sabir Paşa oğlu tərəfindən
Ə R İ Z Ə
Çox hörmətli Asif müəllim!
Siz rəhimli, mərhəmətli Allahımızın müqəddəs, ülvi, pak bəndəsisiniz. Ona görə ki, respublika vətəndaşlarının hamısının – istər vəzifəli, istər vəzifəsiz dar ayaqda yeganə güman yeri Siz və Sizin rəhbərliyiniz sayəsində formalaşmış zəngin təcrübəli kollektivinizdir. Bu baxımdan əvvəlcə arzum budur ki, əzilən xalqın yeganə nicat yeri kimi rəhimli, mərhəmətli Allahımız Sizi və rəhbərlik etdiyiniz kollektivi qorusun. Dəfələrlə mənə də sədaqətli, səxavətli, səmimi, ülvi, pak əllərinizi uzadaraq kömək imkanlarınızı əsirgəməmisiniz. Bunun müqabilində mən də Sizə ömürlük minnətdaram. Allahımızın salamı üzərinizdə, əli kürəyinizin arxasında, nəzəri həmişə üstünüzdə olsun!! Bu məqsədlə qəzetinizin 88 və 97 saylı nömrələrini bir daha Sizə xatırlatmağı özümə borc bilirəm.
Sizin köməyiniz sayəsində xeyli üstüörtülü sakitlik yaransa da həmişə zərbə-zərbə üstündən dəyib: memarlıq tarixi və nəzəriyyəsi fənnindən fərq imtahanı vermək istəmişəm, qoymayıblar; doktorluq mövzusu götürmək istəmişəm, qoymayıblar; beynəlxalq elmi ezamiyyələrə gedib respublikamı ləyaqətlə təmsil etmişəm ezamiyyə xərclərimi bir dəfə də ödəməyiblər; xaricdə respublikamı ləyaqətlə təmsil etmişəm, haqqımda yüksək təşkilatlardan təşəkkür məktubu gəlib əhəmiyyət verməyiblər, ancaq yenə etika, abır-həya xatirinə susmuşam. Son dəfə fevral ayının 17-də YAP-ın institutda indi yaradılan ilk təşkilatının ilk iclasında idarə heyyətinə namizədliyimi irəli sürərkən ər-arvad idarəetməsinin mənə qarşı olan qərəzli mövqeyinə qarşı artıq susa bilmərəm. Niyə? Ona görə ki, bu mənim YAP üzvlüyümdə partiya mövqeyimdir. Mən həmin mövqeyi Ümummilli Liderimiz Heydər Əliyevdən əxz etmişəm. “Heydər Əliyevi və Naxçıvan Muxtar Respublikasını müdafiə komitəsi”nin sədri olmuş Zahid Qaralov məktəbində formalaşmışam.
Salamzadə Erteginin şəxsi işindən məlum olur ki, o 1965-ci ildə Kiyevdə anadan olub. İnstitutdakı yaşlı elmi işçilərin dediyinə görə o, VII sinfə kimi Qolovanov familiyasında olub. Niyə? Hərə bunun səbəbini bir cürə danışır. Həmçinin deyirlər ki, onun doktorluq dissertasiyasını bizim AAK qəbul etməsə də o başqa yerdə onu ustalıqla müdafiə edib.
1.Yaşlı əməkdaşlarla söhbətdən məlum oldu ki, institutun indiki direktoru orta məktəb illərində Salamzadə familiyası daşımayıb. Niyə??
2.Aldığım məlumata görə, uzun sürən məhkəmə biabırçılıqlarından sonra Salamzadə familiyasını məhkəmənin qərarı ilə alıb. Həmin familiyanın hesabına tələbə olub və tələbəlik illərində o erməni bir qızla evlənib. Ondan bir oğlu olub. Onlar artıq Moskvada yaşayır. Erməni qızı olan həyat yoldaşından rəsmən ayrılsa da onunla əlaqəsini tamamilə kəsməsi qeyri mümkündür;
3.Yaşlı əməkdaşların verdiyi məlumata görə onun uzun müddət “obşina”larla gizli əlaqəsi olub;
4.Belə bir mühitdə formalaşan Ertegin Salamzadə Azərbaycanda karyerasını qurmaq və möhkəmlətmək üçün dərin ictimai nüfuzlu, şöhrətli bir ailə ilə qaynayıb-qarışmalı idi. Fikir verin, E.Salamzadə 1965-ci idə Kiyev şəhərində doğulduğu bir halda onun ailə qurduğu xanım isə 1956-cı ildəndir. Ona nə güc keçmişdi ki, o özündən 9 yaş böyük olan bir qadın ilə evlənirdi? Məlum məsələdir. Xırdalamağa ehtiyac duymuram. Əlbəttə karyerasını qurub müəyyən niyyətini həyata keçirmək üçün!
5.Ermənilərlə əlaqəsini ustalıqla pərdələmək üçün hətta türkçülüklə bağlı bir sıra məqalələr də çap etdirib;
6.Bunu ancaq və ancaq təcrübəli, müəyyən niyyəti olan bir şəxs edə bilərdi;
7.Bunun da nəticəsidir ki, o, azərbaycan, türk, ingilis və rus dillərində çap olunmaqla beynəlxalq aləmə çıxan “Azərbaycanda xristian etiqadlı türk abidələri” kitabımın ayaq tutub yeriməsindən belə narahatdır. Çünki bu kitab indiyə kimi erməni abidələri kimi bizə tanıdılan abidələrin qədim xristian etiqadlı türklərin olduğunu nadir tarixi faktlarla sübut edir. Axı, o kitab “Təbiətin və cəmiyyətin bəlaları” və “Türkdən dönmə ermənilər” kitablarının davamıdır. Həmçinin, çox ehtimal ki, onun təmsil etdiyi gizli məqsədlərin saxta tarixi köklərinin üzə çıxmasında mühüm rol oynayır. Ona görə də o, attestasiyanın qərarı ilə Sabir Tağıyevi vurmağa belə canfəşanlıq edir ki, onu problemdən ustalıqla qanuni şəkildə uzaqlaşdırsın!
Bu da onun rəsmi tərcümeyi-halı:

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda qalmaqal - İTTİHAM VAR

ИНСТИТУТ АРХИТЕКТУРЫ И ИСКУССТВА
Доктора наук Саламзаде Эртегин Абдул Вагаб оглы
Место рождения: г. Киев
Дата рождения: 1965
Образование:
Ученая степень: Доктор искусствоведения
Ученое звание: Профессор
Шифр и наименование специальности докторской диссертации: 17.00.04 - Искусствоведение
Общее количество опубликованных научных работ: 170
Количество научных работ, опубликованных зарубежом: 23
Основные научные достижения: Создание картины развития искусствознания Азербайджана в ХХ веке, а также методологических основ тюркологического искусствознания
Подготовка кадров:
Кол-во кандидатов наук: 7
Кол-во докторов наук:
Наименование основных научных работ (максимум 5 наименований): Искусствознание Азербайджана. ХХ век. – Б., - 2001.
Дизайн и информация. – Б., 2006
Педагогическая деятельность: профессор кафедры «Дизайн» Азербайджанского Архитектурно-строительного университета
Должность: директор
Место работы и адрес: Институт Архитектуры и Искусства НАНА, AZ1143, Азербайджанская Республика, г. Баку, пр. Г.Джавида, 31
Служ. тел.: (994 12) 5393494
Факс: (994 12) 5393494
Мобил. тел.: (994 50) 5331965
Э-почта.: [email protected]
Bunları nəzərə alaraq artıq Sizə rəsmi qaydada müraciət edirəm: xahiş edirəm mümkünsə onun tərcümeyi-halı ilə maraqlanasınız, qaranlıq məqamlara aydınlıq gətirəsiniz. Əlbəttə əgər qanunlarımız buna icazə verirsə və sizin buna səlahiyyətiniz çatırsa.
Nəhayət, xahiş edirəm, mənim Prezident cənab İlham Əliyevə, AMEA prezidenti cənab Akif Əlizadəyə müraciətimi növbəti sayınızda dərc edəsiniz.
Dərin hörmətlə:
Sabir Tağıyev
29.02.2016
REDAKSİYADAN: Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq... Bu məqsədlə dünən Ertegin Salamzadənin qeyd olunan mobil telefonuna zəng etsək də, o, zəngimizə cavab vermədi...
"Təzadlar"