“8 mart pulu yığdırıram, yaxşı edirəm”
2-03-2016, 11:51
Oxunub: 9 939
Bakının Nizami rayonunda yerləşən 70 saylı məktəb liseyin direktoru Nazim Qasımov pul yığdırır
İrevan-press.com xəbər verir ki, direktorun təşəbbüsü ilə bu təhsil müəssisəsində hər həftə müxtəlif bəhanələrnən şagirdlərdən pul yığılır. Şagirdlər informatika dərsini tədris edən Nigar Quliyevadan, fizika müəlliməsi Mətanət Əliyevadan, eləcə də ingilis dili müəlliməsi Nüşabə Abuşovadan narazılıq edirlər. 9 b sinfində olan şagirdlərdən biri açıq şəkildə video çəkiliş edərək internetdə yayıb. Həmin çəkilişdə bildirilir ki, müəllimə konkret olaraq onun qiymətini kəsib, yüksək qiymət yazmaq üçün pul tələb edib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə sözügedən məktəbdə şıdırğı pul yığıldığı da bildirilir.
Direktor açıqlama vermək istəməyib. Bir qədər sonra direktora yenidən zəng edəndə direktor deyib: “Ay qardaş demirlər 8 mart münasibətilə pul yığdırıram? Yaxşı edirəm. İdarədən mənə nə deyirlər onu da edirəm. Sizin zənginizdən sonra idarə ilə əlaqə saxladım mənə münasibət bildirməyi qadağan etdilər”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər