“Qoyunlar bizi zibilə salıb” - Deputatdan qalmaqallı təklifə reaksiya
2-03-2016, 14:25
Oxunub: 3 876
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin “kənd yerlərində sosial müavinətlər qoyunla verilsin” təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb
Əksəriyyət bunun düzgün təklif olmadığını düşünsə də, bəziləri sözügedən layihənin kənd təsərrüfatının inkişafına yardım üçün faydalı olduğu fikrindədir.
İqtisadi-siyasət komitəsininü üzvü Vahid Əhmədov da həmkarı Hadı Rəcəblinin təklifini dəstəkləyir. AzNews.az-a açıqlama verən millət vəkili yarızafat şəkildə qoyunlarla bağlı təklifə belə münasibət bildirib: “Bu qoyunlar iki gündür bizi zibilə salıb”.
Daha sonra V.Əhmədov bunun dünyada tətbiq edilən praktika olduğunu dilə gətirib: “Dünyada kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan insanlara yardım edirlər. Bu, heyvandarlıqla, kənd təsərrüfatı istehsalı və digər sahələrlə məşğul olan insanlar üçün yetərli layihədir. Aldığım məlumata görə, Əmək və Əhalinin Sosial Təminat Nazirliyində belə bir layihələr işlənilib hazırlanır. Məsələn, bu yaxınlarda Göyçay rayonunda Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə belə bir pilot layihə işlənilib. Orada 25 ailəyə istədikləri təsərrüfatı inkişaf etdirmək üçün yardım edilib. Onlar ünvanlı sosial yardım istəmirlər. Əvəzində isə heyvandarlıq sahələri ilə məşğul olaraq özləri üçün daimi iş yerləri açırlar”.
V.Əhmədovun sözlərinə görə, nazirlik bu layihəni inkişaf etdirsə, ələbaxımlılığın qarşısı alınar: “Bu, yaxşı bir təklifdir. Əgər normal fəaliyyət olarsa çox insanların iş yeri olar. Özü də bu, məcburi deyil. Kim istəyirsə ki, daimi iş yeri, çörəyi olsun heyvanlar ona veriləcək”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər