BolgeXeber.Com » Xəbərlər » Arzu Rəhimovun Şuşada da işi axsayır... - NARAZILIQ VAR...

Arzu Rəhimovun Şuşada da işi axsayır... - NARAZILIQ VAR...

2-03-2016, 15:56
Oxunub: 3 189 Arzu Rəhimovun Şuşada da işi axsayır... - NARAZILIQ VAR...Qəzetimizin ötən saylarında mövzuya dair dərc olunmuş tənqidi materiallarda biz qeyd etmişdik ki, hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlar bu sahədə gözlənilən miqyasda pozitiv dəyişikliklərə səbəb olmadı

Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) bəzi rayon şöbələrinin fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunmaqdadır. O cümlədən, redaksiyamıza daxil olan məlumatlarda Səfərbərlik xidmətinin Şuşa rayon şöbəsinin fəaliyyətinin də bir sıra qanun pozuntuları ilə diqqəti cəlb etməsi göstərilir. Qeyd olunur ki, Kənan İsgəndərovun rəhbərlik etdiyi şöbə üçün bir çox neqativ hallar xarakterikdir. Kənan İsgəndərovun atası İsgəndər İsgəndərovun uzun müddət sabiq təhsil naziri Misir Mərdanovun müavini vəzifəsində çalışdığını vurğulayan mənbənin sözlərinə görə, şöbənin fəaliyyətində müşahidə olunan qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinir: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinin rəisi Kənan İsgəndərovun atası bir müddət öncəyə kimi təhsil nazirinin müavini postunda çalışıb. Hazırda isə, şöbə rəisinin bir sıra mühüm postlarda, məsul vəzifələrdə çalışan qohumları olduğundan o, xidmətin Şuşa rayon şöbəsini qanunlarla deyil, məhz özünün istəyinə uyğun idarə edir. Bildiyiniz kimi, üç övladı olan atalar və 35 yaşına çatmış şəxslər hərbi xidmətə cəlb olunmurlar. Şuşa rayonundan hərbi xidmətə çağırılan bəzi şəxslər də xidmətdən yayınmaq üçün üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə çatana qədər müxtəlif xəstəliklər bəhanəsilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Kənan İsgəndərovun rəhbərlik etdiyi şöbədə bu cür hallar daha tez-tez baş verir. Söz yox ki, qeyd olunan “proses”lər birbaşa şöbə rəisinin müvafiq razılığı və maraqlarının təmin olunması şərtilə həyata keçirilir”. Daxil olan məlumatlarda bildirilir ki, Kənan İsgəndərovun “xeyir-duası” ilə Səfərbərlik xidmətinin Şuşa rayon şöbəsi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işi əməlli-başlı biznes fəaliyyətinə çevrilmişdir.
Məlumdur ki, bu gün cəbhə bölgəsində ara-sıra törədilən xırda təxribatlar ən azından sərhədyanı əraziləri daim gərginlik içərisində saxlamaq məqsədi güdür. Təbii ki, belə olan vəziyyətdə ölkəmizin ilk növbədə müdafiə qüdrətini təmin edən bütün qurumların qüsursuz fəaliyyət göstərməyi tələb olunur. O cümlədən, Səfərbərlik və Hərbi Xidmsətə Çağırış üzrə Dövlət Xidmətinin bütün struktur və şöbələrinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, son illər ərzində bu sahədə həyata keçirilən islahatlara və bu islahatların əsas göstəricisi kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq, bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur və haqlı narazılıqlara yol açır. Elə Xidmətin Şuşa rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar da bu kimi narazılıqların daha da artmasına şərait yaradır.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.