BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “N” saylı hərbi hissənin 24-cü ildönümü qeyd olundu-FOTO

Tərtərdə “N” saylı hərbi hissənin 24-cü ildönümü qeyd olundu-FOTO

3-03-2016, 16:50
Oxunub: 6 665 Tərtərdə “N” saylı hərbi hissənin 24-cü ildönümü qeyd olundu-FOTOTərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin 24-cü ildönümünə həsr olunmuş tədbiri hərbi hissənin komandiri polkovnik-leytenant Mahir Həşimov açdı. Sonra ərazilərimizin bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi

Komandir M.Həşimov Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik cənab Zakir Həsənovun hərbi hissəyə ünvanlanmış təbrikini çatdırdı, sonra Azərbaycan Ordusunun yaranma tarixindən, rəhbərlik etdiyi hərbi hissənin döyüş şücaətindən qurur hissi ilə danışdı.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəman tərtərlilərin vətənpərvərliklərindən, onların düşmənlə üzbəüz, mərdliklə dayanmasından, tərtərli oğulların düşmənə bir qarış belə torpaq vermədiklərindən danışaraq, həmyerlimiz olan Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynovun, Vəzir Orucovun, Azərbaycan Bayrağı Ordenli Ədalət Paşayevin, Mehrac Mahmudovun adını fəxrlə çəkdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Xalqın Milli ordumuza, Ali Baş Komandana güvəndiyini, onun apardığı daxili və xarici siyasəti dəstəklədiyini bildirdi. Zabit və əsgərləri Vətənin keşiyində ayıq-sayıq dayanmağa səslədi.

Sonra Qarabağ Müharibəsi əlili, Azərbaycan Vətən Müharibəsi Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov çıxış etdi.

Rayon icra hakimiyyətinin başçısı hərbi hissəyə, xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr təqdim etdi. Hərbi hissənin komandiri tərəfindən də hərbi xidmətdə fərqlənən zabit və əsgərlər Fəxri Fərman və diplomlarla təltif olundu. Tədbir iştirakçıları zabit və əsgərlərlə birlikdə rayon mədəniyyət evinin hazırladığı konsert proqramına baxdılar.
Bolgexeber.com