Qadınlara 8 Mart “sürprizi”: Yerə asteroid yaxınlaşır
4-03-2016, 11:44
Oxunub: 4 396
30 metr diametrə malik 2013 TX68 asteroidi Yer kürəsinin yanından martın 8-də keçəcək
Bu barədə Keldış adına tətbiqi riyaziyyat İnstitutunun elmi əməkdaşı Leonid Yelenin məlumat verib:
“Bizim amerikan həmkarlarımız öz arxiv xəritələrində 2013 TX68 asteroidini tapa biliblər. Bu isə onun trayektoriyasını müəyyən etməyə imkan verdi. Obyekt Yür kürəsinin yanından martın 8-də təxminən 5 milyon kilometr məsafədən keçəcək”.
Alimin sözlərinə görə, asteroidin diametri 30 metrdir və xüsusi cihazlar olmadan onu izləmək mümkün olmayacaq.
Qeyd edək ki, sözügedən asteroid Çelyabinsk meteoriti ilə müqayisə olunur. Meteoritin diametri 2013 TX68 asteroidindən 10 metr az olub. Çelyabinsk meteoriti Yerin atmosferinə 2013-cü il fevralın 15-də daxil olub. O, atmosferdə, təxminən 30-50 kilometr hündürlükdə böyük partlayışa səbəb olub. Nəticədə çoxsaylı framentlər Çelyabinsk vilayətinin böyük bir ərazisinə tökülüb.
Xatırladaq ki, fevral ayında NASA-nın saytında asteroidin Yerə yaxınlaşması barədə məlumat yerləşdirilmişdi. Məlumatda asteroidin martın 5-də planetimizin yanından keçəcəyi deyilirdi.(aznews.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər