BolgeXeber.Com » Xəbərlər » "MedEra" hospitaldan soyğunçuluq: iş prokurorluqda

"MedEra" hospitaldan soyğunçuluq: iş prokurorluqda

4-03-2016, 12:26
Oxunub: 3 477 "MedEra" hospitaldan soyğunçuluq: iş prokurorluqda“MedEra” hospitalı vətəndaşlarını dərisini soğa qabığı kimi soyur. Klinikada şişirdilmiş qiymətlər rəhbərliyin gəlirlərini artırmağa hesablanıb

Tibb ocağının sahibi hospitala supermarket kimi baxır.

Bakı sakini Şəbnəm Nəsirova dia.az-a müraciətində bildirib: “03.08.2015 tarixində bacım, Nəsirova Gülnarə Xanlar qızı kəskin qarın sancıları ilə MedEra hospitalına aparılıb. Həkim Samir Hacıbabayevin müayinəsindən sonra müəyyən olunub ki, xəstənin yumurtalığında kista var və təcili əməliyyat olunmalıdır. Həkim gecəynən o əməliyyatı etməyib, səhər saat 9-da edəcəyini söyləyib. Lakin səhərisi gün yalnız axşam saat 17-00-da əməliyyata girib.
Həkim əməliyyatı gecikdirdiyinə görə, kista partlayıb, qanaxma baş verib. Əməliyyatdan bir neçə gün sonra bacımın qarnında şişkinliyin əmələ gəldiyini gördük və onu bir daha ultra-səs müayinəsinə apardıq. 24.08.2015-ci il tarixində həkim bacımın yumurtalığında kistanın olduğunu gördü və bizə o kistanı yenidən əməliyyat yaxud müalicəynən yox etməyi məsləhət gördü.
Biz bacımın həkimi olan Samir Hacıbabayeva zəng etdik və bunun səbəbini soruşduq. O, isə cavabında “heç də qorxulu bir şey yoxdur, gəlsin yanıma, özüm baxım” dedi. Yenə də onun yanına getdik. Həkim anama dedi ki, heç nədən qorxmayın, özünü soyuğa verməsin, keçib gedəcək. Biz isə ona qulaq asmayıb bacımı ginekoloq yanına apardıq”.
Ş.Nəsirova qeyd edib: “O da yalnız bir kurs müalicədən sonra kistanın keçib-keçməyəcəyini deyəcəyini bildirdi. Axırıncı müayinəsindən sonra həkim bacımın təcili əməliyyat olunmalı olduğunu bildirdi. Bundan sonra mən MedEra hospitalın icraçı direktoru Lalə xanımla telefon əlaqəsi saxladım. O da mənə əvvəlcə həkimlə danışıb bizə kömək edəcəyini söyləsə də, sonradan zənglərimə cavab vermədi. Qeyd edim ki, Lalə xanımdan əvvəl biz həkimin özü ilə də danışdıq.
O isə bizdən yenidən əməliyyat üçün pul tələb etdi ki, gəlin ödənişinizi edin, yenidən əməliyyat edim, mən başqa köməklik edə bilmərəm. Gedin hara istəyirsiniz şikayət edin dedi. Sizdən xahiş edirəm ki, mənim bacımın ikinci dəfə əməliyyat olunması üçün lazım olan vəsaiti həkimdən almaqda bizə kömək edəsiniz. Qeyd etmək istəyirəm ki, bizə əməliyyat üçün dediyi məbləğ 600 (altı yüz) manat olsa da, bizim klinikaya ümumi ödənişimiz 1350 (min üç yüz əlli) manat olub”.
Ş.Nəsirova baş verənlərin araşdırılması üçün Səhiyyə Nazirliyinə və Baş Prokurorluğa ərizə ilə müraciət edib. Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.