Salyanın icra başçısı işdən çıxarıldı - SƏRƏNCAM
4-03-2016, 16:57
Oxunub: 1 375
Toplantı keçirilib
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub.
Bolgexeber.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin olunub.
Bu barədə sərəncamların olması haqda xəbər isə bir az əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirak etdiyi Salyan RİH-də rayon idarə-müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmiş toplantıda açıqlanıb.
Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakültəsini bitirib.
2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işlətib.
Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər