BolgeXeber.Com » Xəbərlər » "Bizi bu ailə faciəsindən qurtarın"... - Şəmkirdən şikayət

"Bizi bu ailə faciəsindən qurtarın"... - Şəmkirdən şikayət

5-03-2016, 11:57
Oxunub: 2 424 "Bizi bu ailə faciəsindən qurtarın"... - Şəmkirdən şikayət"Uşaqlarım da deyir ki, bizi anamıza versəniz özümüzü öldürəcəyik"

Sizə bildirmək istəyirəm ki, mən Hüseynov Çingiz Səfər oğlu 1977 - cil ildə Şəmkir rayon Tatarlı kəndində anadan olmuşam

Şəmkir rayon Tatarlı kənd sakini Hüseynov Çingiz Səfər oğlu Moderator.az - a təqdim etdiyi məktubunda rayon məhkəmə icraçılarından və polisdən baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova şikayət edir.
Hörmətli baş prokuror!Hörmətli daxili işlər naziri!
Sizə bildirmək istəyirəm ki, mən Hüseynov Çingiz Səfər oğlu 1977 - cil ildə Şəmkir rayon Tatarlı kəndində anadan olmuşam. 2000 – ci ildə İsmayılova Nuranə Əhməd qızı ilə ailə həyatı qurdum. Bu nikahdan üç övladım dünyaya gəldi. Hal – hazırda ilk qız övladım Pərvanə on üç, ikinci oğlan övladım Pərvin on iki və üçüncü oğlan övladım Elvin isə səkkiz yaşındadır.
2014 – cü ildə həyat yoldaşım İ.Nuranə məndən xəbərsiz Şəmkir rayon məhkəməsinə boşanma ərizəsi ilə müraciət etdi. Mən buna razı olmasam da, həyat yoldaşımın istəyinə görə biz boşandıq. Rayon məhkəməsi qərarında üç övladımın anasına verilməsinə qərar çıxardı. Amma övladlarım anası ilə yaşamaq istəmir. İki ilə yaxındır ki, uşaqlar mən atası ilə yaşayırlar. Məhkəmə icraçıları dəfələrlə uşaqları anasına aparmaq istəsələr də, uşaqlar getməkdən imtina ediblər. Buna bütün qonşular da şahiddir.
Mart ayının 2 – də Şəmkir rayon məhkəmə icraçıları Ceyhun Qurbanov, Asiman adlı icraçı və daha iki icraçı sahə müvəkkili Qara adlı polis üç polis yoldaşı ilə Tatarlı kəndindəki anamgilin evinə basqın edərək uşaqları aparmaq istədilər. Uşaqlarım qaçıb gizləndiyinə görə polis və icraçılar altımış bir yaşlı xəstə anam Hüseynova Xanım Calal qızını, məni, Qarabağ veteranı olan qardaşım Hüseynov Qurban Səfər oğlunu döydülər. Hadisə zamanı birinci qrup əlil və yataq xəstəsi olan qardaşım H.Qurbanın həyat yoldaşı Mətanət Hüseynova da ciddi bədən xəsarətləri aldı.
Adıçəkilən şəxslər qardaşım Qurban Hüseynovu polis bölməsinə apararaq həbs ediblər. Bir sözlə, girov saxlayırlar. Bizə hər gün zəng vurub deyirlər ki, uşaqları verməsəniz, qardaşınıza iş kəsəcəyik. Uşaqlarım da deyir ki, bizi anamıza versəniz özümüzü öldürəcəyik. Bununla bağlı Şəmkir rayon prokurorluğuna şikayət etsəm də şikayətimə baxmadılar.
Sizdən xahiş edirəm mənə köməklik edin, bizi bu ailə faciəsindən qurtarın. Övladlarımın həyatı təhlükədədir.
Əlaqə nömrəsi: 051-365-51-56
Bolgexeber.com