BolgeXeber.Com » Xəbərlər » Uğur olsun, Sevindik müəllim! - Başçını belə yola saldılar...

Uğur olsun, Sevindik müəllim! - Başçını belə yola saldılar...

5-03-2016, 12:08
Oxunub: 12 668 Uğur olsun, Sevindik müəllim! - Başçını belə yola saldılar...Sevindik Hətəmov mehriban, mədəni davranışı ilə onu əhatə edən mühitə nümunə olmağı bacarır

Yardımlı müstəqil inzibati ərazi vahidi(rayon) kimi təşkil olunduğu gündən indiyədək bu rayona müxtəlif insanlar rəhbərlik edib. Onların arasında xalqın sevgisini qazananlar da olub, qazanmayanlar da. Sevindik müəllim yüksək keyfiyyətləri ilə özünü yardımlılara sevdirə bilən rəhbərlərdən oldu və Yardımlının tarixində həm işgüzar icra başçısı, eləcə də gözəl bir insan kimi həmişə yaşayacaq. Onu sevdirən başlıca cəhət yardımlılara doğmaları kimi yanaşması oldu. Bəlkə də ölkəmizdə yeganə icra başsısıdır ki, rəhbərlik etdiyi rayonda kimliyindən asılı olmayaraq keçirilən hüzr mərasimlərində iştirak edir, mərhumun ailəsinə başsağlığı verir, maddi yardım göstərirdi.

Heç kimə sirr deyil ki, Sevindik müəllimdən öncə rayonda bəzi məmurlarla ictimaiyyət arasında uçurum yaranmışdı. Hətta məmurlar arasında qruplaşma açıq-aşkar nəzərə çarpırdı. Onun gəlişi ilə rayonda məmur-vətəndaş arasında yaranmış uçurumun aradan götürülməsinə start verildi. Vətəndaşları narahat edən problemlər həllini tapmağa başladı. Rayonda hökm sürən gərgin ictimai durum xoş abu-hava ilə əvəz olundu və rayonumuz yenidən xoşbəxt günlərini yaşamağa başladı. Dünənədək hətta mal-qara damının tikintisi yasaq olunan rayonda vətəndaşlara Nuh əyyamındən qalan nimdaş ticarət, iaişə obyektlərinin binalarını yenisi ilə əvəzləməyə şərait yaradıldı, parklar salındı, körpülər inşa olundu, kəndlərə yollar çəkildi, içməli su təminatı yaxşılaşdırıldı, bir sıra kəndlər mavi yanacaqla təmin olundu və s.. Sevindik müəllimin səyi nəticəsində bu gün rayonda ictimaiyyətlə məmurlar arasında sağlam münasibət hökm sürür...

Bir sözlə, Sevindik Hətəmov mehriban, mədəni davranışı ilə onu əhatə edən mühitə nümunə olmağı bacarır. Bəzi rəhbərlər kimi vəzifəsindən istifadə edib heç kimlə kobud davranmır, dilinə nalayiq söz gətirmir. Təkəbbürdən uzaq, sadə, səmimidir. İnsanlarla ünsiyyətdə çox diqqətli, həssasdır. Təsadüfi deyil ki, bu gün hər bir yardımlılı onu özünə əziz və doğma bilir...

Prezidentin 4 mart 2016-cı il tarixli sərəncamı ilə Sevindik Hətəmov Səlyan rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin olunub. Onu bu münasibətlə təbrik edir, yeni təyinatında uğurlar arzulayırıq. İnanırıq ki, o, işgüzarlığı, yüksək insani keyfiyyətləri ilə Səlyan əhalisinin də rəğbətini qazanacaq.

“Yardımlı Xeyriyyə Cəmiyyəti”

Bolgexeber.com