BolgeXeber.Com » Xəbərlər » Baş Prokuror 4 rayonda vətəndaşlarla görüş keçirəcək

Baş Prokuror 4 rayonda vətəndaşlarla görüş keçirəcək

7-03-2016, 13:57
Oxunub: 2 490 Baş Prokuror 4 rayonda vətəndaşlarla görüş keçirəcəkZakir Qaralov Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayılda yaşayan vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov martın 11-də saat 11:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Neftçala şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. “Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər”.