BolgeXeber.Com » Xəbərlər » 8 Mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da qeyd olunub-FOTO

8 Mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da qeyd olunub-FOTO

7-03-2016, 17:12
Oxunub: 4 738 8 Mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da qeyd olunub-FOTO8 mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da bir sıra tədbirlərdə də qeyd olunub

Çıxış edənlər qadınlara göstərilən dövlət qayğısından danışıblar. 8 mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da bir sıra tədbirlərdə də qeyd olunub. Çıxış edənlər qadınlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyev qadınlara daim yüksək qayğı göstərib, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirib. Qadınları təbrik edən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev xoş arzularını çatdırıb. Bildirib ki, hazırda qadınlar ölkəmizin ictimai-siyasi və mədəni həyatının bütün sahələrində fəal çalışır və öz köməyini əsirgəmir. Qadınlar həmçinin bir ana kimi övlad tərbiyə edir, onu ölkəmizin xoş sabahı naminə elmli, bilikli gənc kimi cəmiyyətə təqdim edir. Həmçinin bildirilib ki, rayonda əhalinin 50,2 fazini qadınlar təşkil edir. Onlar daha çox təhsil, səhiyyə və mədəniyyət sahələrində çalışmaqla ölkəmizin iqtisadi inkişafına və onun tərəqqisinə öz töhvəsini verir. Çıxış edən qadınlar da öz növbəsində bundan sonra da üzərlərinə düşən bütün vəzifələrin öhdəsindən şərəflə gələcəklərini, harada işləmələrindən asılı olmayaraq ölkəmizin müstəqilliyinin mökhəmlənməsi, onun beynəlxalq aləmdə nüfuzunun daha da artmasında bundan sonra da yardımçı olacaqlarını söyləyiblər. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim olunub.
Bolgexeber.com
8 Mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da qeyd olunub-FOTO
8 Mart Beynəlxalq Qadınlar bayramı İmişli rayonunda da qeyd olunub-FOTO