BolgeXeber.Com » Xəbərlər » Arzu Rəhimovla bağlı prezidentə şikayət olundu - NARAZILIQ VAR...

Arzu Rəhimovla bağlı prezidentə şikayət olundu - NARAZILIQ VAR...

7-03-2016, 20:32
Oxunub: 3 198 Arzu Rəhimovla bağlı prezidentə şikayət olundu - NARAZILIQ VAR..."O həkimlə Müdafiə Nazirliyinin günahıdır həkimi işdən çıxardıram"

Vətəninfo.az xəbər verir ki,hüququ pozulub, övladı istismar edilən Azərbaycan qadını ölkə başçısı, Prezident İlham Əliyevdən İMDAD istədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevə.

Cənab Prezident! Mən Cəfərova Məlahət Hüseyn qızı Şəmkir rayonunda sivil, sadə və kasıb bir ailənin evdar xanımıyam. Nə özüm, nə də həyat yoldaşım işləmirik. Gözümün ağı-qarası, aman-zaman bir oğlum var, orta məktəbdə vaxtlarını işləyib bizə baxırdı. Sizi narahat edib, sizdən mədət ummağım da bununla bağlıdır. Cənab Prezident, oğlum 1997-ci il təvəllüdlü (C.T.) 2015-ci ilin iyul ayında 18 yaşı tamam elədi, elə səhərisi gün də Hərbi Xidmətə çağırıldı. Sözüm ona o hələ abituriyent idi. Hərbi Komissarlıq bu səhvi aradan qaldırmaq üçün övladımı növbəti çağırışa dəyişdi.2015-ci ilin oktyabr ayı, nə oldusa elə ondan sonra oldu. Ötən ilin oktyabr ayında oğlumu (hərbi xidmətə yararsız olmağına rəğmən, "plastaskopiya”sı, yastı ayaqlılıq aşkarlanıb) Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi hərbi xidmətə göndərdi. Övladım ilk olaraq andiçməyə qədər Lənkərandakı N saylı Hərbi Hissəyə göndərilir. Ordakı 3 nəfərlik komissiya heyəti yoxlanışdan keçirtdikdən sonra oğlumu geri qaytarmaq istəyirlər, lakin sonra bizə bəlli olmayan səbəblərdən fikirlərindən daşınırlar. Beləliklə xidmətə yararsız övladım 3 ay Lənkəranda hərbi xidmət keçdikdən sonra korpuslarına tabe olan hərbi hissələrdən birinə, Ağcabədidəki N saylı hərbi hissəyə göndərilir. Hərbi biletində 3 məhdudiyyət yazılan, ömründə silah görməyən 3 ayın əsgərini, ön önəmlisi ailənin tək oğlu olan balamı ana kimi oradakı rəsmilərə yalvarışlarıma baxmayaraq əvvəlcə kəşfiyyata, sonra isə ön cəbhəyə baş atıcı göndərirlər. Hərbi hissədə xidmət müddətində ayağına geyindiyi hərbi ayaqqabı (botinka) ayağını yara elədiyi üçün hərbi hissənin tibb məntəqəsinə gedən oğlum elə orada da əsgərin birindən "su çiçəyi” deyilən xəstəliyə yoluxur. Bir müddət ağır şəkildə Ağcabədidə tibb məntəqəsində yatan balam oradan Ağdam rayonundakı Qospitala göndərilir. Bir neçə gün orda qaldıqdan, xəstəliyi biraz səngiyən oğlum Müdafiə Nazirliyinin Bakıdakı Baş Klinik Hospitalına göndərilir. 15 günlük Müayinə və Müalicə nəticəsində Komissiya heyəti oğlumun əslində anadan gəlmə yastı ayaqlı "plastaskopiya” olduğu, yəni "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” rəyini verərək tərxis edilməsini labüd sayırlar.
Arzu Rəhimovla bağlı prezidentə şikayət olundu - NARAZILIQ VAR...

Cənab Prezident! Yuxarıda da dediyim kimi Sizi narahat etməkdə məqsədim, Sizdən rəhbərlik etdiyiniz ölkədə hüququ pozulub, bəzi "arxası bərk” dövlət qulluqçularının qanunsuz əməlindən əziyyət çəkən bir Azərbayca qadını, bir ana olaraq dəstək istəməyimdir. Övladım Orduya yararsız olduğu halda kiminsə badına gedib aylarca boş-boşuna fəaliyyətdən qaldı, həm işindən oldu, həm təhsilindən. Mənə deyirlər "boşuna özünü yorma, sənə bunları yaşadanların "yuxarıda” adamı var, yoxsa belə qanunsuzluğu rahat törədə bilməzdilər.” Mən sivil vətəndaşam Cənab Prezident, sıradan evdar Azərbaycan qadınıyam, mənim və məni kimi ali təhsili olmadığına görə cahil sayılan insanların yuxarıdakı adamı elə Sizsiniz Cənab Prezident! Oğluma və bizə bu haqsızlığı yaşadıb, övladımı ölümlə burun-buruna qoyan Şəmkir Hərbi Komissarlığı səhvini boynuna almayaraq, günahı Müdafiə Nazirliyinin boynuna atır. (Oğlum Hərbi xidmətdə, xəstəxanalarda olduğu müddətcə çoxlu borca girib onun arxasınca sürünmüşük, dəfələrlə Lənkərana, Ağcabədiyə, Ağdama getmişik Bakıda Müdafiə Nazirliyinin Baş Klink Hospitalında olduğu müddətdə bizdə onunla bərabər Bakıda qalmışıq yetərincə maddi mənəvi zərərə uğramışıq.) Cənab Prezident! Mən, məsələyə aydınlıq gətirilməsi və övladımın aylarca boş yerə çəkdiyi əziyyətin haqqı üçün Şəmkir Rayon Hərbi Komissarlığında oldum və qurumun cavabdeh rəsmisi Palkovnik Leytenant Şaiq Məmmədovun mənə son sözü belə oldu:
Arzu Rəhimovla bağlı prezidentə şikayət olundu - NARAZILIQ VAR...
"Mən uşağın Hərbi biletinə məhdudiyyətlərini yazdırmışdım. O həkimlə Müdafiə Nazirliyinin günahıdır həkimi işdən çıxardıram. Gedin hara şikayət edirsiniz edin. Başçı mənə deyib ki, onlara heç bir təzminat ödəmə.” Sözüm ona ki, uşağı rayonda çağırış üçün müayinə edən həkim də "aparaturamız köhnədir, yalnışlıq ola bilər, uzatmıyın məsələni, sizə heç bir təzminat ödəmiyəcəyəm, məni də şikayət etsəniz sizə əlimdən gələn pisliyi edəcəm” deməklə bizi mədəni şəkildə hədələyir. Cənab Prezident, Azərbaycan Respublikasında qanunlar beləmi işləyir? Kiminsə xəstə, Hərbi xidmətə göndərib 5-10 ay Xidmət etdikdən sonra "komsovat” edib sonra da günahı kiminsə üstə atıb işdən çıxarıb özlərini sudan quru çıxardırlar. Tutaq ki, həkim səhv edib Hərbi Komissar uşağın Hərbi biletində 3 məhdudiyyət ola-ola onu hərbi xidmətə göndərirsə o Komissar məsuliyyət daşımırmı? Cənab Prezident, Ali Baş Komandan, Sizdən bir Ana kimi, bir Azərbaycan qadını kimi xahiş edirəm tapdalanmış hüququmuzun bərpa edilməsində bizə dəstək olasınız. Çünki Sizin, ölkəmizdəki, ən əsası Hərbi Xidmət kimi həssas məsələdəki bu haqsızlığa göz yummayacağınıza əminəm...