Bu gün Beynəlxalq Qadınlar Günüdür
8-03-2016, 09:26
Oxunub: 3 445
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Bolgexeber.com-un məlumtına görə Beynəlxalq Qadınlar Günün qeyd edilməsi almaniyalı sosial-demokrat Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edən 40 min toxucu fəhlənin üzərinə polisin hücum etməsi, fəhlələrin fabrikə doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barrikadalardan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlənin ölməsi hadisəsi ilə bağlı həmin günün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edib.
1977-ci ildə BMT Baş Məclisində 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul ediləndən sonra bütün dünyada həmin tarix Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlanıb.
Azərbaycanda bu bayram 1917-ci ildən qeyd olunur. Ölkədə bu gün qeyri-iş günü elan edilib. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Hər il bayram günü ərəfəsində Azərbaycan Prezidenti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, qadınlarının bir qrupuna fəxri adlar və medalların verilməsi ilə bağlı sərəncamlar imzalayır.
8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər