BolgeXeber.Com » Xəbərlər » Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi

Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi

8-03-2016, 10:17
Oxunub: 2 676 Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildiTərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilmişdir

Bolgexeber.com xəbər verir ki,tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak etmişlər.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş, onlara ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar diləmişdir. Qeyd olunmuşdur ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən rayon rəhbəri bildirmişdir ki, həmin siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyuimizin daha da mohkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Rayon rəhbəri Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin qadınlarımız örnək kimi qəbul etdiyini vurğulamış, qeyd etmişdir ki, öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Çıxışında rayon rəhbəri qeyd etmişdir ki, 102.493 nəfər olan rayon əhalisinin 51.823 nəfərini qadınlar təşkil edir. 4340 nəfər qadın təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışırlar. Rəhbər vəzifədə 181 nəfər, dövlət qulluğunda 55 nəfər qadın çalışır. Milli təhsilimizin inkişafında xidmətilərinə görə 4 nəfər qadın “Əməkdar müəllim” adına layiq görülüb, 2 nəfər qadın “Tərəqqi” medalı ilə təltif olunub.
YAP rayon təşkilatının 5770 nəfər üzvündən 3040 nəfəri qadınlardır. Bu gün Azərbaycan qadınının səsi ən yüksək pillələrdən gəlir.
Sonda rayon rəhbəri bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, sülh, əmin- amanlıq arzulamışdır. Vurğulamışdır ki, Tərtər qadınları, həqiqətən qəhrəmandırlar. Çünki düşmənlə üz-üzə, göz-gözə yaşayır və işləyirlər.
Tədbirdə rayon mədəniyyət evinin “Tərtər” xalq kollektivinin rəngarəng musiqi nömrələri alqışlarla qarşılandı. Azərbaycanın Milli qəhrəmanı Vəzir Orucovun anası Mahı nənə, şəhid anası Tərlan Əsədova, Əlil Qadınlar Cəmiyyətinin sədri Tükəzban Əliyeva, şəhər İƏD-i üzrə nümayəndə Sahib Həsənov, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin müdirləri Surxay Mirzəyev, Yaşar Hüseynov, Gündüz Mürsəlov, ƏSMM-nin rayon şöbəsinin direktor əvəzi Emil Məmmədov çıxış edərək qadınları təbrik etdilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundular. Şəhid anaları, ağbirçəklər də unudulmadılar. Tədbir şən və yaddaqalan oldu.
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi
Tərtərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edildi