BolgeXeber.Com » Xəbərlər » Oğlunu prorektor təyin edən rektor haqqında şok iddia ...

Oğlunu prorektor təyin edən rektor haqqında şok iddia ...

8-03-2016, 14:07
Oxunub: 3 575 Oğlunu prorektor təyin edən rektor haqqında şok iddia ... 22 yaşlı oğlunu rəhbərlik etdiyi universitetə prorektor təyin edən rektor öz qızını da yüksək vəzifəyə təyin edibmiş

Bu fakt araşdırması nəticəsində ortaya çıxıb. Politika.Az xəbər verir ki, rektorun qızı bu universitetdə İcra Aparatının rəhbəridir.
Politika.Az bildirir ki, Bakı Avrasiya Universitetinin (BAU) rektoru Nazim Hüseynli oğlu Günhan Hüseynlini 22 yaşında olarkən bu universitetə rektor təyin edib. Günhan Hüseynli atası tərəfindən bu vəzifəyə 2013-cü ildə - İqtisad Universitetini bitirdikdən dərhal sonra təyin edilib. Bu mövzu ölkə mətbuatının gündəmini silkələyəndən sonra saytı universitetlə bağlı araşdırma aparılıb və məlum olub ki, rektorun qızı Nigar Hüseynova da universitetdə yüksək vəzifə tutur. Nigar Hüseynova 2012-ci ildə BAU kadr işinin təşkili və informasiya təminatı departamentinin rəhbəri, kadr və ümumi işlərin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2013-cü ildən İcra aparatının rəhbəri vəzifəsini tutur
Məlumat üçün qeyd edək ki, 1992-ci ildə AXC hakimiyyəti dövründə Nazim Hüseynli də daxil olmaqla 4 nəfər şərikli olaraq Ali Diplomatiya Kollecini təsis ediblər. İlk illər bu təhsil qurumu fəaliyyətini qura bilməyib. 1994-cü ildə Nazim Hüseynlinin dayısı İzzət Rüstəmov baş nazirin müavini təyin edildikdən sonra kollec tam himayə alıb və sürətlə böyüyüb. Sonradan müəmmalı şəkildə təsisçilərdən üçü sıradan çıxarılıb.
1999-cu ildə İzzət Rüstəmov "vurulandan" sonra imtiyazlarını itirən Ali Diplomatiya Kollecinin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib. Belə ki, Nazim Hüseynli köhnə ADP-çidir və bu günə qədər də Rəsul Quliyevlə əlaqələrini davam etdirir.
Ali Diplomatiya Kolleci 2005-ci ildən etibarən Bakı Avrasiya Universiteti adı altında fəaliyyət göstərir. Son illər təhsilin keyfiyyəti ilə bağlı çoxsaylı narazılıqlar üzündən universitetin bağlanması məsələsi dəfələrlə gündəmə gəlib.
Rektorun heç bir iş təcrübəsi olmayan oğlunu prorektor təyin etməsi məsələsinə BAU-dan rəsmi açıqlama verilib. Universitet bildirib ki, rektor bu addımı Prezident İlham Əliyevin gənclərə üstünlük verilməsi ilə bağlı tövsiyələrini nəzərər alaraq atıb.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!