Ərinin banka borcu olduğunu bilən gəlin özünü asdı
8-03-2016, 19:26
Oxunub: 1 312
Salyanda qardaşına 8 mart tortu sözü verən qadının meyiti tapılıb
Salyanda 25 yaşlı gəlin özünü öldürüb. Rayonun Qaraçala kənd sakini, 1990-cı il təvəllüdlü Babayeva Ruhəngiz Malik qızı özünü asaraq intihar edib. ANS PRESS-in məlumatın görə, 25 yaşlı Ruhəngiz özünü həyətlərindəki yarımtikilidə asıb.
Kənd sakinlərinin verdiyi məlumata görə, Ruhəngiz Babayeva yeni ailə qurub. Onun bir azyaşlı övladı olub. Ailə qurduğu şəxs isə həm ana, həm də ata tərəfdən ona qohum olub.
"Yoldaşının anasını elektrik cərəyanı vurub rəhmətə gedib. Atası isə ağır xəstəlikdən dünyasını dəyişib. İndi də bu gəlin həmin evdə özünü asdı. Hamı deyir ki, bəlkə, o evdə pis aura var. Çünki Ruhəngizin özünü hansı səbəbdən öldürmək istəməsi məlum deyil. Heç kiminlə mübahisəsi olmayıb. Ailədə də yoldaşı ilə münasibətləri yaxşı olub", - deyə ailəyə yaxın olan qohumlardan biri bildirib.
"O evdə oğlanın anası, atası da ölüb. Hamı deyir ki, evdə pis aura var"
Aldığımız məlumata görə, intihar edən gəlinin qardaşı bir gün əvvəl tort üçün lazım olan ərzaqları alaraq bacısından onun nişanlısı üçün bayram tortu hazırlamasını xahiş edib. Ruhəngiz bayrama görə, evlərində təmizlik işi apardığını deyib və qardaşından aldıqlarını atası evinə aparmasını xahiş edib. O, təmizlik işləri bitdikdən sonra ora gələrək tortu hazır edəcəyini deyib.
"Axşamüstü uşağını saxlaması üçün qaynına verib. Özü isə bir az işi olduğunu, tez qayıdacağını deyib. Amma sonra ondan xəbər olmayıb. Gəlinin asılmış meyitini isə yoldaşının babası aşkar edib".
Heç bir problemin yaşanmadığı ailədə baş verən hadisə hamını şoka salıb. Məlumata görə, bir neçə gün öncə Ruhəngiz ərinin bankdan kredit götürdüyünü öyrənib. İndi ailə üzvləri də onun məhz bu səbəbdən intihar edə biləcəyini düşünür.
Faktla bağlı hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Sonuncu dəfə intihar hadisəsi ötən gün Tovuz rayonunda baş verib. 1987-ci il təvəllüdlü Kəmalə İmran qızı Hacıyeva odlu silahdan özünə qarın nahiyəsindən atəş açıb. Ağır bədən xəsarətləri alan qadın rayonun mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
29 yaşlı qadının özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Dünyasını dəyişən qadın ailəli olub və azyaşlı övladı qalıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər