BolgeXeber.Com » Xəbərlər » Ana Vətən Partiyası Neftçala rayon təşkilatının növbəti konfransı keçirilib - FOTO
Ana Vətən Partiyası Neftçala rayon təşkilatının növbəti konfransı keçirilib - FOTO
9-03-2016, 13:18
Oxunub: 998
Mehdiyev Mirzamin Tofiq oğlu AVP Neftçala rayon təşkilatının yeni sədri seçilmişdir
Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq onun xatirəsini yad etdilər. Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə və Ali Məclisin üzvü Şahin Zərbəliyev iştirak etmişdir.
Bolgexeber.com xəbər verir ki, iclasda təşkilat komitəsinin hesabatı dinlənilmiş və təşkilati məsələlərə baxılmışdır. İlk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat vermişdir. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunmuşdur. İkinci məsələ kimi təşkilatı məsələlərə baxılmış, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilmişdir. Mehdiyev Mirzamin Tofiq oğlu AVP Neftçala rayon təşkilatının yeni sədri seçilmişdir. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilmişdir.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər