Pirverdiyevin fabrikində kütləvi ixtisar
10-03-2016, 12:27
Oxunub: 3 105
"Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevə məxsus "Vdesign” tikiş fabrikində kütləvi ixtisarlar başlayıb
VİZUAL.az-ın əldə etdiyi məlumata görə, şirkət son 2 ayda 100-ə yaxın işçi ilə yollarını ayırıb.
Hazırda çox kiçik işçi qüvvəsi ilə fəaliyyətini qismən davam etdirən fabrik faktiki olaraq işləmir. Aprel ayında isə onlarla işçinin ixtisar dalğası ilə üzləşəcəyi qaçılmazdır.
Qeyd edək ki, Nərimanov rayonu, M.Arif küçəsində yerləşən "Vdesign” fabriki xüsusi təyinatlı geyim formalarının kütləvi və fərdi qaydada tikilişi ilə məşğuldur. Şirkət 2008-ci ildə fəaliyyətə başlayıb.
Şirkət yarandığı ilk gündən böyük sərmayə ilə bazara girə bilib. Marketinq sahəsində o qədər də populyar olmasa da, sahibinin geniş əlaqələri fabrikə müştəri tapmaqda yardımçı olub.
Nə qədər qəribə olsa da, şirkətin adına Vergilər Nazirliyinin kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında rast gəlinmir. Nazirliyin vergi ödəyiciləri ilə bağlı məlumat bazasında da belə bir şirkətin varlığı qeyd olunmayıb.
Kifayət qədər sirli şəraitdə fəaliyyətə başlayan fabrikin 8 ildə vergi dələduzluğu aidiyyat qurumları narahat etməyə bilməz.
Qarşı tərəfi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər