BolgeXeber.Com » Xəbərlər » “Aztelekom”da yeni savaşın - Gizlinləri

“Aztelekom”da yeni savaşın - Gizlinləri

10-03-2016, 15:23
Oxunub: 3 325 “Aztelekom”da yeni savaşın - GizlinləriHazırda “Aztelekom” İB-də nazir Ramin Quluzadənin verəcəyi qərarı böyük həyacanla gözləyirlər

Bu qərar həm Zahir Vəliyevin, həm də Mehman Həsənovun sonunu gətirə bilər.

“Aztelekom”da bir türlü sular durulmur. Keçmiş baş direktor Məhəmməd Məmmədovun həbsindən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, “Aztelekom” İB-ə yeni baş direktorun təyin olunmaması qurumda, həm qeyri-müəyyənliyi artırır, həm də “Aztelekom” İB-də ayrı-ayrı qrupların üz-üzə qoyulmasına səbəb olur.

Qurum daxilində yaranan anormal vəziyyətlə bağlı AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə yeni nazir Ramin Quluzadə “Aztelekom” İB-də islahatlar ararmaq fikrindədir. Hazırda “Aztelekom” İB-lə "Azərpoçt" MMC-ni birləşdirilməsi məsələsi gündəmdədir. Lakin bu iki böyük qurumu birləşdirmək ideyasının nə qədər uğurlu ola bilməsi sual altındadır. Yeni nazirin komandası bu iki qurumun birləşdirilməsi təklifi ilə çıxış etsə də, hökümətdə bəzi nüfuz sahibləri bu ideyanı müdafiə etmirlər. Elə bu üzdən də “Aztelekom” İB-ə yeni baş direktorun təyinatı gecikdirilir.
AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, quruma baş direktorun təyinatının gecikməsi qurumda qarşıdurmaları artırır. Daxil olan məlumata görə “Aztelekom” İB-də artıq yeni savaş yaranıb. Bu savaş hazırda baş direktorun səlahiyyətlərini əvəz edən Zahir Vəliyevlə digər müavin Mehman Həsənov arasındadır.
Belə ki, mənbənin söylədiyinə görə Mehman Həsənov Zahir Vəliyevə qarşı kompramat savaşı açıb. Hər şeydən əvvəl Mehman Həsənovun hazırda həbsxanada olan Məhəmməd Məhəmmədova xəbər göndərərək Zahir Vəliyevin ona xəyənət etdiyi barədə məlumatlar ötürdüyü qeyd olunur.
Sübut olaraq isə Zahir Vəliyevin yeni nazirin yaxın ətrafından olan birinə Məhəmməd Məhəmmədovun maliyyə maxinasiyaları ilə bağlı məlumatı ötürməsi olub. Həmin məlumatda isə Zahir Vəliyevin özünü təmizə çıxardığı və qurumda Məhəmməd Məhəmmədova yaxın olan şəxslərin siyahısını təqdim etdiyi bildirilir. Siyahı da isə ilk yerdə məhz Mehman Həsənovun yer aldığı qeyd olunur.
Mənbə qeyd edir ki, Məhəmməd Məhəmmədov həbs olunana qədər Zahir Vəliyevlə Mehman Həsənov çox yaxın dostluq münasibətində olublar. Lakin Zahir Vəliyevin yeni nazirə təqdim etdiyi siyahıda onun da yer alması Mehman Həsənovu özündən çıxarıb. Bildirilir ki, Mehman Həsənov Zahir Vəliyevi təkcə Məhəmməd Məhəmmədova şikayət etməklə yetinməyib.
Həmçinin başqa bir kanalla yeni nazirə Zahir Vəliyevin mal varlığı ilə bağlı məlumat da ötürüb. Həmin kompramat dosyedə həmçinin Zahir Vəliyevin uzun illər boyu həyata keçirdiyi koruupsiya fəaliyyətinin sxemini də təqdim edib. Bu sxemə görə isə Zahir Vəliyev uzun illər boyu dövlətə külli miqdarda, milyonlarla manat dəyərində ziyan vurub. Mənimsənilən milyonların kimlər arasında bölüşdürülməsi də həmin sxemdə yer alıb.
Mənbə bildirir ki, hazırda “Aztelekom” İB-də nazir Ramin Quluzadənin verəcəyi qərarı böyük həyacanla gözləyirlər. Bu qərar həmin Zahir Vəliyevin, həm də Mehman Həsənovun sonunu gətirə bilər. Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.