BolgeXeber.Com » Xəbərlər » Kamran Həsənli 12 ilə qədər həbs oluna bilər-Samir Piriyevin 80 min dollarını mənimsəməkdə təqsirli bilinir
Kamran Həsənli 12 ilə qədər həbs oluna bilər-Samir Piriyevin 80 min dollarını mənimsəməkdə təqsirli bilinir
10-03-2016, 18:49
Oxunub: 1 789
Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb
O, müğənni Samir Piriyevin 80 min dollarını mənimsəməkdə təqsirli bilinir.
Musavat.com saytına məsələ ilə bağlı açıqlama verən S. Piriyevin vəkili Ruslan Əhmədoğlu bildirib ki, müğənni Samir Piriyev dəfələrlə Kamran Həsənliyə pulunu qaytarması üçün müraciət edib:
“Samir teleaparıcıya hörmət etdiyi üçün 5 il ərzində bu haqda danışmayıb və gözləyib. Kamran Həsənli bu müddət ərzində 125 min dollarda 45 min dollarını qaytarıb, hazırda Samirə 80 min dollar borcludur. Onlar birlikdə biznes qurmaq istəyirdi. Pul qaytarılmadığı üçün Samir hüquq-mühafizə orqanlarına müraciət etməli olub, hüquq-mühafizə orqanları bütün faktları, sübutları toplayaraq prokurorluğa göndərib. Prokurorluq da cinayət işi başlayıb və işi araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində göndərib”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə saytına xəbəri təsdiqləyib. O bildirib ki, Samir Piriyevin şikayəti əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb və istintaqın gedişi üçün iş Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə verilib.
“Kamran Həsənli həbs oluna bilərmi?” sualına isə O. Mansurzadənin cavabı “Bu istintaqın gedişindən asılıdır” deyə olub.
Hüquqşünas Müzəffər Baxış saytımıza açıqlamasında qeyd edib ki, teleaparıcı Kamran Həsənli 12 ilə qədər azadlıqdan məhrum edilə bilər: “ İstintaq orqanı istəsə, Kamran Həsənli həbs olun bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmədir. Bu cinayətdə şəxsə 7 min manatdan çox zərər dəyibsə, bu külli miqdarda ziyan hesab olunur. Həmin maddədə də 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Cinayət təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. İstintaq orqanı zərurət hesab etsə, Kamran Həsənlinin həbs olunması üçün müstəntiq prokurora müraciət etməlidir. Prokuror da bunu zəruri hesab etsə, məhkəməyə müraciət etməlidir. Məhkəmə teleaparıcı haqda həbs qəti-imkan tədbiri seçə bilər.
Qarşı tərəf K. Həsənlinin həbs olunmasını istəməyə də bilər. Cinayət Məcəlləsinin 154-cü maddəsində 10 qəti-imkan tədbiri nəzərdə tutulub. Kamran Həsənli barəsində digər qəti-imkan tədbirləri seçilə bilər. Məsələn, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və yaxud da şəxsi zaminliyinə vermə və s. “.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər