BolgeXeber.Com » Xəbərlər » Şadlıq sarayı satan məcburi köçkünə 400 min manat "atdılar"

Şadlıq sarayı satan məcburi köçkünə 400 min manat "atdılar"

11-03-2016, 16:38
Oxunub: 4 388 Şadlıq sarayı satan məcburi köçkünə 400 min manat "atdılar"Bakı şəhərində məcburi köçkünə qarşı 400 min manatlıq dələduzluq edilib

“Report”un xəbərinə görə, Cəbrayıl rayon sakini, 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Hümbət Səfərova şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Əliyevin satdığı şadlıq sarayı Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşir.