Dörd ailə «Azəravtoyol»dan şikayətlənir
11-03-2016, 18:30
Oxunub: 1 028
Evləri plana düşənlərin işığı, qazı kəsilib, özləri isə məhkəməyə verilib
Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsi ev 32-də yaşayan Əliyev İlqar Kərim oğlu üzləşdiyi problemlə bağlı “Bizim Yol”a müraciət edib. Müraciətdə bildirilir ki, ailəsi “Azəravtoyol»” ASC-nin təzyiqləri, məhrumiyyətləri altında yaşamağa məcbur qalıb: “Ziya Bünyadov prospektinə paralel yolun çəkilməsi ilə əlaqədar bizim yaşadığımız küçədəki bütün evlər plana düşüb. Təzminatın məbləği ümumilikdə 17 min 540 manat müəyyən edildi. Lakin, hazırda həmin qiymətə yaşadığım ərazidə və onun ətraf ərazilərində mənzil almaq mümkün deyil».
İ.Əliyev bildirib ki, bir neçə aydır onlara verilən qaz, elektrik enerjisi, su xətləri kəsilib, sakinlər bütün zəruri ehtiyaclardan məhrum edilib: “Bütün bunlar nəzərə alınmadan üstəlik qurum bizi məhkəməyə verməklə evimizdən çıxarılmağımıza qərar verib. Bu problemlə ümumilikdə 6 ailə qarşılaşıb”.
İ.Əliyevin tələbi odur ki, evlərinin müqabilində evlərinin yerləşdiyi ərazinin yaxınlığında eyni şəraitli, eyni ölçülü mənzillə təmin edilsin.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, təzminatın miqdarı ilə razılaşmayan ailələrin sayı 6 deyil, 4-dür: « Gənclik meydanından Koroğlu metrosunadək Ziya Bünyadov prospektinə paralel 7 km uzunluğunda 6 zolağlı yeni avtomobil yolunun tikintisi nəzərdə tutulub. Həmin layihənin icrası “Azəravtoyol” ASC-yə həvalə edilib. Həmin evlər qiymətləndirilib, alqı-satqı razılaşdırılıb və Maliyyə Nazirliyi tərəfindən onlara təzminat ödənilib. Təzminat 2015-ci ilin noyabr ayında həmin şəxslərin şəxsi bank hesabına köçürülüb. Onlar təzminatın məbləğinin az olmasında narazı olaraq bankdan təzminatı hələ ki götürməyiblər. Və evdən çıxmırlar. Evlərini tərk etməyən şəxslərlə bağlı isə məhkəməyə müraciət edilib”.
A.Nəcəfli bildirdi ki, həmin ərazidə yol tikintisi işləri aparıldığı üçün kommunikasiya xəttləri yenilənir və bu səbəbdən ərazidə qazın, işığın və suyun verilməsi dayandırılıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm