Başçı aşpazına vəzifə verib, maşın bağışlayıb
12-03-2016, 12:57
Oxunub: 4 032
Şamaxının icra başçısı Asif Ağayev barəsində yeni xəbər yayılıb
Bolgexeber.com conflict.az-a istinadla bildirir ki, icra başçısı təhsili olmayan, müxtəlif iaşə obyektlərində aşpaz işləmiş Anar Rəsulova vəzifə verib. O, A.Rəsulovu rayon İcra Hakimiyyətinə komendant təyin edib. Buna səbəb A.Rəsulovun A.Ağayevə bu günə kimi şəxsi aşpazlıq etməsi olub.
A.Rəsulov icra başçısının həm iş, həm ev, həm də istirahətə getdiyi zamanlarda aşpaz kimi səlahiyyətli adamıdır. Onun bu xidməti icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. A.Ağayev aşpazına yalnız vəzifə verməyib, 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli “Cip” markalı avtomobillər verib.
Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır". Qarşı tərəfi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər