Tərtərlilər də İDEA İctimai Birliyinin təşəbbüsünə qoşulub-FOTO
12-03-2016, 14:12
Oxunub: 1 215
Ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması, yaşıllıqların salınması ilə bağlı İDEA İctimai Birliyinin təşəbbüsü tərtərlilər tərəfindən də geniş dəstəklənir
Bolgexeber.com xəbər verir ki, bu münasibətlə martın 11-də Novruz bayramı ərəfəsində keçirilən növbəti ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatları, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, bələdiyyələr, rayon sakinləri iştirak etmişdir. İlk növbədə, abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir. Tərtər-Bərdə, Tərtər-Ağdam avtomobil yollarının kənarlarında, şəhərin Heydər Əliyev prospektində, Nizami, Elman Hüseynov, Ə.Paşayev, Mahir Əsədov küçələrində əsasən rayonda yetişdirilən, yerli təbiətə uyğunlaşdırılmış müxtəlif növ ağac, gül və təkgöz kolları əkilmişdir. Ağacların suvarılması üçün yeni su xətləri çəkilmiş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi təmin olunmuşdur.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinlərlə birlikdə ağac əkmiş və bildirmişdir ki, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə aksiyaların gələcəkdə miqyası genişləndirilərək daha böyük ərazini əhatə edəcəkdir.
Qeyd edək ki, bu il Tərtər rayonunda İDEA İctimai Birliyinin təşəbbüsünə dəstək olaraq 30 mindən çox ağac, 100 mindən çox gül və təkgöz kollarının əkilməsi nəzərdə tutulub.




Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər