Sürücü yoldan uşaq tapdı, öz nəvəsi çıxdı - SABİRABADDA BİABIRÇILIQ
12-03-2016, 16:57
Oxunub: 8 080
Fevralın 3-də Sabirabadda küçəyə atılan körpənin valideynləri tapılıb. Sabirabad rayon Polis İdarəsindən verilən məlumata görə, bu hadisə ilə bağlı cinayət işi açılıb
Hazırda məlum olub ki, körpəni polisə təhvil verən öz babası Nəzarət İsmayılov olub. O, uşağı küçədən tapdığını və tanımadığını bildirib. Sabirabad rayon Polis İdarəsindən bildirildi ki, polisə yalan məlumat verməklə bağlı məsələ də ayrıca arşdırılacaq. Hazırda iş araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
Qeyd edək ki, anspress saytı bu hadisə ilə bağlı bəzi detalları təqdim edib. Saytda olan məlumata görə, uşağı dünyaya gətirən Aynurə Hüseynovanın (ad və soyad şərtidir) körpəni küçəyə atmasına səbəb onu evli və 5 uşaq atası olan kişidən dünyaya gətirməsi olub. Aynurə Hüseynova istintaqa ilkin ifadəsində münasibətdə olduğu kişinin evli olmasını hamilə qaldıqdan sonra öyrəndiyini bildirib. Uşağın atası isə qadının hamilə olduğunu öyrəndikdə ona abort etdirməsini təklif edib. O isə bununla razılaşmayıb. 5 uşağı olan evli kişinin valideynləri isə Sabirabad Rayon Polis İdarəsinə gələrək uşağı tapdıqlarını bildiriblər. Polis idarəsindən isə körpə müayinə edildikdən sonra onun Sabirabad Regional Doğum evinə təhvil verildiyi bildirilib. Araşdırma nəticəsində məlum olub ki, həmin uşaq onların qeyri-qanuni doğulan nəvəsidir. Qadın, körpəsini münasibətdə olduğu kişinin valideynlərinə verməsinə səbəb kimi ailə üzvlərindən qorxmasını göstərib.
Qeyd edək ki, fevralın 3-də saat 20:00 radələrində Sabirabad-Padarçöl yolu ilə hərəkətdə olan sürücü, rayon sakini Nəzarət İsmayılov yolun kənarında qırmızı-göy rəngli bazar çantasının onun diqqətini cəlb edib. Çantaya baxan N. İsmayılov onun içində körpə oğlan uşağını aşkar edib. O, körpəni evinə gətirib, səhəri gün isə Sabirabbad rayon Polis Şöbəsinə təhvil verib. Polis tərəfindən körpə Məhkəmə-tibbi ekspertizasına aparılıb, oradan da Sabirabad Regional Doğum Evinə verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər