Ağdaş sakinləri satdıqları süpürgənin pulunu belə ala bilmirlər... - ŞİKAYƏT VAR
14-03-2016, 10:00
Oxunub: 929
"Elmar Əzizovdan bizə çatmalı olan 15 min manat pulun 10 min 300 manatını alsaq da, yeni rəhbərlik yerdə qalan 4700 manatın ödənilməsindən imtina edir"
Redaksiyamıza müraciət edən Ağdaş rayon sakinlərinin şikayəti Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinin müdiri Əli İmaməli oğlu Məmmədovdandır. 13 ailə adından DİA.AZ-a edilən müraciətdə qeyd olunur ki, onlar qeyd olunan dövlət qurumuna 60 min ədə süpürgə satsalar da, hələ də pullarını ala bilməyiblər.
Əsasən imkansız olan bu ailələrin nümayəndələri dəfələrlə Əli Məmmədovun qapısını döysələr də 1 ədədini 25 qəpiyə satdıqları süpürgənin pulu verilməyib. Daxil olan müraciətdə qeyd olunur:
"Biz Gəncə şəhər MKT-nin əvvəlki rəhbərliyindən - Elmar Əzizovdan bizə çatmalı olan 15 min manat pulun 10 min 300 manatını alsaq da, yeni rəhbərlik yerdə qalan 4700 manatın ödənilməsindən imtina edir. Halbuki ilk əvvəl pulumuzu verəcəyini bildirmişdi".
Şikayətçilərin sözlərinə görə, kasıb kəndlilərə pulu ödəməkdən imtina edən Əli Məmmədov bildirirb ki, istənilən yerə şikayət edə bilərlər: "Xahiş edirik bizə kömək edin və bu bayram ərəfəsi bizim ailələri sevindirin".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər