Novruz bayramını vəzifə başında qeyd etməyə bilər... - İDDİA
14-03-2016, 12:19
Oxunub: 1 225
Mirdaməd Sadıqov camaatla görüşündə onların boynuna minnət qoyur
Son günlər prezident İlham Əliyev bir sıra icra başçılarını işdən çıxararaq, onları yeniləriylə əvəzləməyə başlayıb. Prosesin davam edəcəyini və bəzi rayon rəhbərlərinin cəzalandırılacağını elə Prezident Admnistrasiyası da təsdiqləyir. Belə ki, dövlət rəsmisi Zeynal Nağdəliyev bəyan edib ki, təkəbbürlü, əhalinin problemlərini həll etməyən icra başçılarının işdən çıxarılması davam edəcək. Çünki həmin şəxslər ölkə rəhbərinin etimadını itiriblər. Bu sırada İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun yer alacağı şübhə doğurmur. Ona görə ki, sözügedən şəxs sözün həqiqi mənasında rayonun idarəçiliyindən xəbərsiz biridir. İşi-gücü otağında mürgüləmək olan icra başçısını, bir də rayonda həyata keçirilən tenderlər maraqlandırır. Hələ bir müddət əvvəl bir çox mətbuat orqanlarında Mirdaməd Sadıqovun İsmayıllı rayonunda həyata keçirilən işlərdən hansı həddə qazanc götürdüyü barədə məlmatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, icra başçısı hətta mərməri plastik örtüylə əvəzləməkdən çəkinməyib. Bu isə son illər görülən işlərlə birlikdə milyonlarla vəsaitin əldə edilməsi anlamına gəlir. Bildirək ki, Sadıqovun rayonun idarəçliyində buraxdığı ciddi səhvlərin də rolu az deyil. Onun yerli icra nümayəndələrinə Bakıdan gələn qonaqları yola salmaq üçün adam kimi baxması, bir sıra maliyyə yeyintilərinə yol verməsi, habelə qanunsuzluqların rayonda çoxalmasına şərait yaratması da neqativliklər sırasındadır. Ancaq burada bir məqam da var ki, Mirdaməd Sadıqov artıq yaşlanıb və onun yenisi ilə əvəzlənməsi zərurəti ortaya çıxıb. İsmayıllı dağ rayonu olduğundan yaşlı birinin kəndləri gəzərək, əhali ilə görüşlər keçirməsi mümkünsüz hala çevrilib. Amma dağ kəndlərinin insanları üzləşdikləri problemlərin həllini istəyirlər. Və hər dəfə onlar icra başçısının ayağına gəlirlər. Qeyd edək ki, Mirdaməd Sadıqovun ciddi səhvləri sırasında əhali ilə münasibətlərin lazımi səviyyədə qurulmamasıdır. İsmayıllı olayından sonra durumu birtəhər toparlayan icra başçısı, bundan sonra insanları unutmağa başladı. Hətta iş o yerə çatdı ki, Sadıqov əhalinin boynuna minnətlər qoymağa başladı. Və tədbirlərdə bildirirdi ki, sanki o olmasaymış, İsmayıllı camaatının hamısını həbs edəcəkmişlər. Düzdür, arada kimlərsə onu başa salıblar ki, belə siyasi səhvlərə yol verməsin. Amma son günlər belə vəziyyətlərin artması yenidən təkrarlanmağa başlayıb. Mirdamət Sadıqov bəzi görüşlərdə insanlara minnət vurmaqdan çəkinməməyə başlayıb.
Qarşı tərəfi də dinləyə bilərik.
Xalqxeber.az
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər