“Hacıbala Abutalıbovun qəbuluna düşmək mümkün deyil” - Deputat
15-03-2016, 14:51
Oxunub: 1 044
Milli Məclisdə bəzi məmurların fəaliyyəti kəskin tənqid olunub
“APA-Economics”in məlumatına görə, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli çıxış edərək deyib ki, məmurlar ictimaiyyətə açıq olmalıdır: “Milli Məclis xalqın ümid qapısıdır. Milli Məclisdə ciddi qəbul rejimi var. Deputatlar axırıncı şikayətçini yola salmadan işdən getmir. Gəldilər, dinlədik, qulaq asdıq, sonra nə edək? Şikayətlərin ünvanlara çatdırılması üçün məmurların telefonları, qapıları, özləri bizə açıq olmalıdır. Qapılar var, taybatay açıqdır. Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə problemləri həll etmək mümkün deyil? Artur Rasizadə məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə problemi həll etmək çətindir? Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək mümkündür? Kim desə, o, Ginnesin rekordlar kitabına düşməlidir. Hacıbala Abutalıbovun qəbuluna düşmək mümkün deyil".
F. İbrahimli bildirib ki, deputatların iki yolu var: "Birinci, bununla razılaşıb, poetik dildə desək, ümidi üzüb, Kərəmin gününə düşmək. Digər yol isə prezident İlham Əliyevin qeyd etdiyi kimi, məmur xalqın xidmətçisidir prinsipinə sadiq qalaraq uğurları gözdən salan, ortada yeyib qıraqda gəzənlərə sipər olmaqdır. Bu, həqiqətin yoludur, zamanın bizə diktə etdiyi yoldur".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm