Cəlilabadda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib-FOTO
15-03-2016, 15:25
Oxunub: 2 788
Tədbirdə çıxış edən digər iştirakılarda Vətənimizin müdafiəsinə daim hazır olduqlarını bildiriblər
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.Bolgexeber.com xəbər verir ki, xidmətin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, 15 mart 2016-cı il tarixdə Cəlilabad Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib.RİH başçısı rayon gənclərinin hərbi xidmətə yola salınmasının əsl bayram ab-havasında qeyd edildiyini nəzərə çatdırıraq bunu gənclərdə vətənpərvərlik hisslərinin yüksək olmasını və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Xidmətin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı həyata keçirdiyi işlərdən danışıb. General-mayor N. Orucov qeyd edib ki, ən müasir hərbi texnika, silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyir.
Tədbirdə çıxış edən digər iştirakılarda Vətənimizin müdafiəsinə daim hazır olduqlarını bildiriblər. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində Cəlilabad rayonunun müxtəlif məktəblərinin şagidləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər