Sabiq icra başçısının qardaşı qalmaqallı obyekti satır - 2 milyona
15-03-2016, 18:11
Oxunub: 1 280
Bakıda sabiq icra başçısının qardaşı ilə bağlı başlanmış cinayət işi ilə bağlı bəzi məqamlar üzə çıxıb
Hüquq-mühafizə orqanlarına müraciət edən Cəbrayıl rayon sakini, 1955-ci il təvəllüdlü Saleh Əliyev özünə məxsus olan və Xətai rayonu ərazisində yerləşən şadlıq sarayını Cəbrayıl rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin qardaşı Nayfalı Səfərova 1 milyon 400 min manata satdığını qeyd edib.
S.Əliyev bildirib ki, təxminən 400 min manatı nağd şəkildə almağa, yerdə qalan 1 milyon manatı isə paytaxtın qəsəbələrindən birində yerləşən daşınmaz əmlakla barter etməyə razılaşıblar: "Lakin sonradan məlum oldu ki, mənə verilən daşınmaz əmlakın dəyəri heç 400 min manat etmir. Əmlakı mənə real qiymətindən yuxarı təqdim edib. Amma mən onla söhbət edəndə demişdim ki, birdən aldanaram, yaxşı olmaz. O isə cibindən yazılı siyahı çıxarıb göstərdi ki, 10 milyon alacağım var, səni niyə aldadım ki. Həm də obyekti satanda danışmışdıq ki, mən özüm orada qalıb işlədəcəm".
S.Əliyev əlavə edib ki, daşınmaz əmlakın real dəyərindən təxminən 2 dəfə ucuz olduğunu müəyyənləşdirəndən sonra N.Səfərovla görüşüb: "Həmin vaxt dedi ki, əgər əmlakı geri qaytarırsansa onda obyekti şərik işlədək. Amma üstündən bir il keçdi, obyekti də təmirə saxlayıb. İndi isə görürəm ki, həmin şadlıq sarayını 2 milyon manata satışa qoyub".
Müraciət əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, soyadları fərqli olsa da, N.Səfərov Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevin doğma qardaşıdır.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm