BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

16-03-2016, 09:26
Oxunub: 2 266 Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilibTərtər şəhərindəki Gənclər Mərkəzində “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və bölgənin din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Bolgexeber.com xəbər verir ki, tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə milli-mənəvi dəyərlərə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən yüksək qayğıdan danışıb, rayondakı dini durum haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə çıxış edərək, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən, multikulturalizm ənənəsindən, müasir dünyada getdikcə güclənən dini radikalizm və onun fəsadlarından danışıb. Bildirib ki, aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı parçalamaq və gözdən salmaq üçün dini cərəyanlar yaradılıb. İslamı siyasiləşdirilməsinə və islam dövlətəri daxilində qarışıqlıq yaradılmasına yönələn siyasət həyata keçirilir. Din amilindən siyasi vasitə kimi istifadə olunur.

Səyavuş Heydərov qeyd edib ki, dünyanın belə bir böhranlı vəziyyətində Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda qlobal təhlükəsizlik məsələlərində töhfə verən bir ölkəyə çevrilib. Bu gün Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur. Artıq dünya birliyi Azərbaycanı bir tolerantlıq nümunəsi kimi görür. Azərbaycan təcrübəsindən bəhrələnməyə çağırır.

S.Heydərov dini radikalizm təhlükəsinin getdikcə Azərbaycanın sərhədlərinə yaxınlaşdığını, ölkə daxilində gənclərin radikal dini cərəyanlara meyl etməsinin müşahidə edildiyini diqqətə çatdırıb. Bildirib ki, dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementidir. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə tək dövlət, hüquq mühafizə orqanları deyil, hər bir ölkə vətəndaşı, xüsusən də din xadimləri fəal olmalıdırlar.

Seminar-müşavirədə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov və Qarabağ seyid ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından bəhs ediblər. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizi, ölkəmizdəki mövcud əmin-amanlıq mühitini qorumaq hamımızın müqəddəs vətəndaşlıq borcudur.
Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib
Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib
Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib
Tərtərdə “Xalqımızın milli-dini adət-ənənələri və dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib