Bakının ən çox cinayət törədilən rayonları... - ŞOK STATİSTİKA
16-03-2016, 11:28
Oxunub: 3 617
Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqədi rayonunda qeydə alınır
"Report" Bakı Şəhəri Statistika İdarəsinə istinadən xəbər verir ki, 2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12 288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10 984, 2000-ci ildə 5 539 olub.
2014-cü ildə Binəqədi rayonunda 1 504 cinayət qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1 414, 2000-ci ildə 516 olub.
Xətai rayonunda qeyd olunan il 1 344 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 679 olub.
Bakı şəhərinin rayonları üzrə ən az cinayət Səbail rayonunda qeydə alınır. Belə ki, 2014-cü ildə bu rayonda 700 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 531 olub.
Suraxanı rayonunda qeydə alınan cinayətlərin sayı isə sürətlə artıb. 2000-ci ildə rayonda 336 cinayət qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 849 olub.
Eləcə də Sabunçu rayonunda 2000-ci ildə 454, 2014-cü ildə 1148 cinayət qeydə alınıb.
Nizami rayonunda 2000-ci ildə 457, 2014-cü ildə isə 1 202 cinayət qeydə alınıb.
Nərimanovda 2000-ci ildə 554, 2014-cü ildə 1 080, Nəsimi rayonunda 2000-ci ildə 731, 2014-cü ildə 1 483 cinayət qeydə alınıb.
Yasamalda bu göstərici son 10 ildə 681-dən 1 325-ə yüksəlib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər