Zərdabda bankomat problemi - Pensiyaçılar bankomatın qarşısında gecələyir
17-03-2016, 15:57
Oxunub: 3 931
Zərdab rayonunda pensiyaların verilməsində bir sıra problemlər yaşanır
Avropa.info-nun redaksiyasına daxil olan məlumatda bildirilir ki, artıq iki gündür pensiyaların hesaba küçürülməsinə baxmayaraq vətəndaşlar öz pullarını bankomatdan çıxarmaqda çətinlik çəkirlər.
Rayon sakinlərinin pensiyalarını almasında yaranan problem isə rayon ərazisində yerləşən 3 bankomatdan sadəcə birinin işləməsi ilə bağlıdır.
Kapital bankın rayon ərazisində yerləşən bankomatları uzun zamandır işləmədiyi və yaranmış problemlə maraqlanan olmadığı üçün sakinlər pensiyalarını bəzən bezərək başqa banklara aid bankomatlardan çıxarmalı olurlar. Bu zaman da təbii ki, pensiyanın bir hissəsi həmin bankomat tərəfindən tutulur.
Qocalar, yaşlı qadınlar və xəstələr gecə saat 1-ə qədər işləyən yeganə bankomatın qarşısında növbə tutmalı olur.
Məsələni ağırlaşdıran bir başqa nüans də ondan ibarətdir ki, rayon ərazisində işləyən yeganə bankomat təkcə rayon əhalisinə deyil, həm də kəndlərdən gələn pensiyaçılara xidmət etməli olur.
Rayonun pensiyaçıları səbirsizliklə məsələ ilə bağlı aidiyyatı qurumların bir tədbir görməsini gözləyirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər