İlhamənin qızılları Beynəlxalq Banka aparıldı – Vəkilindən açıqlama
17-03-2016, 18:56
Oxunub: 3 981
Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya məxsus qızıl-zinnət əşyaları dövlət tərəfindən Beynəlxalq Bankda qorunur
Bu barədə AzNews.az-a mərhumun vəkili Habil Vəliyev məlumat verib. O bildirib ki, qızıl zinnət əşyaları bir neçə gün öncə Bakı Şəhər Baş Prokurorluğunun istintaqçıları tərəfindən Beynəlxalq Banka aparılıb: “Bundan əlavə isə İlhamə xanıma məxsus olan mənzillərin açarı hüquq-mühafizə orqanları tərəfindən oğlu Orxan Nadirova həvalə edilib. Bildirilib ki, İlhamə xanımın yas mərasimlərini, cümə axşamlarını Orxan Nadirov mərhumun öz evində verə bilər”.
Vəkilin sözlərinə görə, yaxın günlərdə İlhamə Quliyevanın bütün mirasının Orxan Nadirov və onun oğlu Ruslan Nadirova məxsus olması sübuta yetiriləcək: “Mən bunu qanuna söykənib deyirəm. Qoy bilsinlər ki, miras üstündə dava getmir. Qohumlar arasında münasibətlər də normaldır”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva fevralın 25-də dünyasını dəyişib.
Xatırladaq ki, mart ayının 5-də hüquq-mühafizə orqanları tərəfindən İlhamə Quliyevaya məxsus mənzilin açarlarının oğlu Orxan Nadirovdan alındığı, maşınının avtodayanacağa qoyulduğu və bahalı əşyalarınının saxlandığı seyfin isə plomblandığı ilə bağlı məlumat yayılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər