Füzulidə şəhid ailələrinə, Qarabağ əlillərinə bayram sovqatları paylanıldı
18-03-2016, 13:34
Oxunub: 3 574
Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən bayram sovqatları şəhid ailələrinə və Qarabağ əlillərinə təqdim olunmuş, onların Novruz bayramları təbrik edilmişdir
Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfində füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Beyləqan, İmişli Sabirabad rayonlarında məskunlaşan şəhid ailələrinə, o cümlədən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə bayram sovqatları paylanmışdır. Hər bir bayram sovqatının tərkibində un, duru yağ, düyü, şəkər tozu, çay və digər ərzaq məhsulları olmuşdur.
Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən bayram sovqatları şəhid ailələrinə və Qarabağ əlillərinə təqdim olunmuş, onların Novruz bayramları təbrik edilmişdir.
Şəhid ailələri və Qarabağ əlilləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər