Hacıqabulda ümumrayon "Novruz" şənliyi keçirildi-FOTO
18-03-2016, 15:10
Oxunub: 5 875
Yurdumuza “Novruz” əhval-ruhiyyəli bahar gəlir
Yurdumuza xoş müjdəli, bənövşə ətirli, ruhumuzun dirçəldiyi, ovqatımızın yüksəldiyi torpaq qoxulu bahar gəlir.
Özü ilə bizlərə bayramların əzəli və əbədisini, adət və ənənələrin qədimi-Novruz bayramını da bəxş etmişdir.Artıq neçə illərdi ki, bu bayram təntənəli şəkildə qeyd olunur.Mədəni irsimizin böyük hamisi Ulu öndər Heydər Əliyevin Novruz bayramının əsl el şənliyi səviyyəsində keçirilməsində misilsiz xidmətləri vardır.Təbiyyətin oyanışı, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət, rəmzi olan Novruz bayramı münasibəti ilə 18 mart tarixində Hacıqabul rayonunda ümumrayon "Novruz" şənliyi keçirildi.Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin qarşısından başlanan şənlik böyük qələbəlik və çalçağırla əhatə olunmuşdur.Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.
Bayram şənliyində çıxış edən İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarov Hacıqabulluları Novruzun gəlişi münasibəti ilə təbrik etdi.Rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdilər.Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər