Cəlilabadlılar Novruzun gəlişini böyük sevinclə bayram ediblər-FOTO
18-03-2016, 18:05
Oxunub: 3 615
Martın 18-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında Novruz bayramına həsr olunmuş mərasim keçirilib
Bayram şənliyində qədim adət-ənənələrimizin sevincini yaşayan cəlilabadlılar doğma torpağa, elimizə, obamıza olan məhəbbət və sədaqətlərini nümayiş etdiriblər.Cəngi sədaları altında meydana daxil olan Bahar qız cəlilabadlıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Bolgexeber.com xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Novruz bayramı münasibəti ilə öz təbriklərini çatdırıb. Hər bir ailəyə ruzi, bərəkət, sevinc arzulayan icra başçısı, rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını bir daha yada salıb. Bildirib ki, bundan sonra da rayonun sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaq, tikinti-abadlıq və quruculuq işləri davam edəcək.Mərasimdə Kosanın və Keçəlin məzhəkəli oyunları tamaşaçılara xoş ovqat bəxş edib.Milli paltar geyinmiş qızlar və oğlanlar meydanın mərkəzində şölənən tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.Mərasimdə rayonun idmançıları öz məharətlərini nümayiş etdirib, bədii özfəaliyyət kollektivləri bayram konsert proqramı ilə çıxış ediblər.Tədbir iştirakçıları, həmçinin, parkda el sənəti nümunələrindən ibarət sərgi, gənc rəssamların əl işləri ilə tanış olub, Novruz şirniyyatlarını dadıblar. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan və xoş günlərə görə Prezident İlham Əliyevə minnnətdarlıqlarını ifadə edərək respublikanın inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıblar.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər