BolgeXeber.Com » Xəbərlər » Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO

Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO

18-03-2016, 19:02
Oxunub: 1 229 Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTORayonun mərkəzi meydanında keçirilən Novruz baramı şənliyində rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri – cəmi 16 min nəfər iştirak etmişdir

Bolgexeber.com xəbər verir ki,Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbərlərini Dədə Qorqud Bahar qızı ilə birgə qarşılamış və salamlamışdır.
Novruz Bayramının personajları kosa və keçəl rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevi və rayonun rəhbər işçilərini deyimləri ilə qarşılamış, kosa rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevlə yumurta döyüşdürmüşdür.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev və rayonun rəhbərləri Novruz Bayramı ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin hazırladıqları sərgilər ilə tanış olmuş, məktəblilərin ifasında bədii kompazisiya və səhnələrə, gənc idmançıların idman proqramlarına, gənclərin dirə-döymə oyunlarına, pəhləvanların və kəndirbazların sahnələrinə tamaşa etmiş, milli məişət və mətbəximizlə bağlı hazırlanmış tədbirlərlə tanış olmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev meydanda Bayram tonqalını yandırmışdır.
Musiqi sədaları altında meydana Bahar qızı gəlmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev rayon sakinlərinə təbriklə çıxış etmişdir.
Rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup sakin rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, bir qrup sakinə qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbir rayonun mədəniyyət işçilərinin, özfəaliyyət dərnəklərinin hazırladığı səhnəciklər və konsert proqramı ilə müşayət olunmuşdur.
Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO
Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO
Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO
Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO
Bərdə rayonunda Novruz bayramı şənliyi keçirilmişdir-FOTO