BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı rekordlar kitabına düşdü – VİDEO

Azərbaycanlı rekordlar kitabına düşdü – VİDEO

19-03-2016, 09:41
Oxunub: 2 616 Azərbaycanlı rekordlar kitabına düşdü – VİDEOMərasim Pekində keçirilib

İnternet şəbəkədə Üzeyir Novruzovun Pekində necə dünya rekordu vurduğuna dair video yerləşdirilib.

Bolgexeber.com cocktail.az-a istinadən xəbər verir ki, ilin əvvəlində dünya şöhrətli sirk aktyoru, Amerikanın “America’s Got Talent” istedadlar şousunun finalçısı, uzun müddətdir ki, ABŞ-da yaşayan və işləyən Üzeyir Novruzov yeni rekord vurub.

ABŞ-da azərbaycanlı Çarli Çaplin kimi məşhur olan sirk ustası Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnes-in rekordlar kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilir.