BolgeXeber.Com » Xəbərlər » "Bank Standard"ın növbəti özbaşınalığı - Şikayət

"Bank Standard"ın növbəti özbaşınalığı - Şikayət

19-03-2016, 13:30
Oxunub: 1 026 "Bank Standard"ın növbəti özbaşınalığı - ŞikayətÖz tanışlarını sırasız qəbul etdirir, şəxsiyyət vəsiqələrini əməliyyatçılara sırasız verir, işlərini gördürürlər

Bakı sakini “Bank Standard”dan şikayətlənir.TİA.AZ-ın xəbərinə görə, Zahid Nəbiyev bankın paytaxtın Səməd Vurğun bağı yaxınlığındakı filialında olan özbaşınalıqdan narazıdır.
Onun sözlərinə görə, mühafizəçilər növbəyə əməl etmir: “Öz tanışlarını sırasız qəbul etdirir, şəxsiyyət vəsiqələrini əməliyyatçılara sırasız verir, işlərini gördürürlər. Bu artıq neçənci dəfədir ki, baş verir. Bankda buna nə baxan var, nə bir şey. Soruşanda kobud cavab verirlər”.
Daha əvvəl “Bank Standard”dan şikayətlər də olub. Famil Ələkbərov adlı “Facebook” istifadəçisi narazılıq edtmişdi. Onun sözlərinə görə, müştərilərin hüquqları 2 qaydada pozulur: “Yandex, robokassa kimi sistemlərdə 100m ödəniş limiti qoyublar. Bu, birbaşa müştərilərin hüquqlarının pozulmasıdır. Əgər hansısa müştəri 100m-dan çox yandex, robokassa və bunun kimi sistemlərdə ödəniş etmək istəyirsə onda təhlükəsizlik sistemindən imtina etməlidir. Həmin ödənişə bank məsuliyyət daşımır”.
F.Ələkbərov qeyd edib ki, əgər ödəniş vaxtı texniki səbəblərdən ödəniş tamamlanmırsa pul kartdan çıxır: “Amma həmin təyinat yerinə ödənilmir. Bu pulun geri qaytarılması isə 40 gün ərzində baş verir. Bank tərəfindən tezləşdirmək üçün absurd tələb qoyulur. Deyir, paypal-a de ki, bizə məktub yazsı. Ki, biz ödəniş çıxmamışıq həmin vaxtı. Yəni paypal desin ki, baş verməyən ödənişi mən etməmişəm. Məsələ ilə əlaqədar aidiyyatı quruma müraciət etdim. Onların tələbi ilə mənim kartımdan limiti götürdülər, indi bu faktı danırlar. Yeni karta da həmin qaydanı tətbiq etmək istəmirlər. İkinci məsələ isə hələ sual altındadır.