Lənkəranda Uşaq Evində Novruz şənliyi-FOTO
21-03-2016, 01:29
Oxunub: 4 473
Heydər Əliyev Fondunun dəstəyi ilə Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində Novruz şənliyi keçirilmişdir
Valideyn himayəsindən məhrum olan uşaqları bayram münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təhsil və tərbiyyə müəssisəsinə göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə bu qəbildən olan soydaşlarımız üçün keçirilən tədbirlər böyüməkdə olan nəslə, körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli mərhəmətli qayğının parlaq nümünəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsini təqdirəlayiq addım kimi dəyərləndirən tədbir iştirakçıları həmin sərəncama əsasən, ölkəmizdə dövlət səviyyəsində proqramların, layihələrin hazırlanaraq həyata keçirildiyini diqqətə çatdırdılar. Bayram süfrəsi arxasında davam edən mərasimdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Kosa və Keçəlin , Bahar qızının mərasimdə iştirakı bayram şənliyini daha da canlandırdı.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər