BolgeXeber.Com » Xəbərlər » Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR...

Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR...

22-03-2016, 15:05
Oxunub: 3 206 Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR..."Hər iki yanacaq doldurma məntəqəsinin qiyməti 10000000 (on miliyon) dollar dəyərindədir"

Qazax sakini Röyşən Hüseynov prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.Bolgexeber.com DİA.AZ-a istinadən həmin müraciəti təqdim edir:

Hörmətli Cənab Prezident!
Sizin sahibkarların inkişafı ilə bağlı göstərilən dəstəyiniz hər zaman bizim üçün stimuldur. Məhz sizin dəstəyinizə görə hər il bizim rayonda yeni sahibkarlar formalaşır və ölkəmizin inkişafına hər birimiz öz fəaliyyətimiz ilə töhvə verməyə çalışırıq. Bizim ailə sizin siyasətinizi hər zaman dəstəkləyir və daim dəstəkləyəcək. Biz də sahibkarlıqla məşğul olmağa başlayan insanlar olaraq bu təşəbbüslərə çox sevinirik. Möhtərəm Prezident mən Röyşən Hüseynov 30.09.2015-ci il tarixdə bizim 3 ailəyə məxsus olan pay torpaqlarının üzüm sahəsinin dövlət aktlarını və 10 baş iri buynuzlu mal qaranı "Bank Respublika" Tovuz filialına girov qoyaraq təsərrüfatımızın inkişafı üçün 3 il müddətinə 10000 (on min) manat güzəştli kredit götürmüşük, bizim ailələrimizə məxsus kənt təsərrüfatını genişləndirmək üçün. Amma təsüf ki, bizim fəaliyyətimizə mane olanlar var.

Qazax rayon İcra Hakimiyyətinin Təşkilat şöbəsinin müdiri Məmməd Alıyevin göstərişi və himayədarlığı ilə sabiq Qazaxbəyli bələdiyyəsinin sədri Südabə Alıyeva və müavini Mahir Yusifov tərəfindən saxta sənədlər düzəldilərək, bizə məxsus olan üzüm sahəsi, torpağın təyinatını dəyişərək hər biri 8 sot olamqla 3 nəfər Qazaxbəyli kənd vətəndaşlarına həyətyanı torpaq sahəsi kimi qiymətindən 10 qat artıq baha pula satmışlar. bu haqda adiyəti orqanlara şikayət etməyimizə baxmayaraq şikayətimizə baxan yoxdur.

Ona görə ki, bu işin arxasına Məmməd Alıyev kimi İcra məmuru durur. Çox hörmətli Cənablar, sizin nəzərinizə çatdrıram ki, Məmməd Alıyev Qazağın keçmiş İcra başcısı, Prezidentin düşməni olan Rauf Hüseynovun birbaşa kadırıdır, Raufun təşəbbüsü ilə bu vəzifəyə təyin olunmuşdur. Rauf Hüseynovun ən fəal pul yığanlarından idi. Məmməd Alıyevin keçmişinə nəzər salsaq onun atası Xondulu ləqəbi ilə tanınan ulaq arabası sürücüsü olmuşdur. Indi isə Məmməd Alıyev Qazax şəhərində məşhur gidi ləqəbi ilə tanınan narkabaronun bacanağı Mamed adlı iş adamı ilə iş birliyi qurmuşdur. Keçmişdə Benzinavoz Qaz 53 şoferi olan Mamed bacanağı Gidinin hesabına Qazaxın mərkəzində (Akasya restoranının qarşısında) və Qazaxın birinci Şıxlı kənd ərazisində yolun kənarında nəhəng yanacaq doldurma məntəqəsi açmışdır(Buyanacaq doldurma məntəqə sinin istifadəçiləri Avropaya çıxışı olan Tir avtomobilləridir, bu Tirləri isə türk, rus və əcnəbi sürücülər idarə edir. Hər gün 100 ədəddən çox tir orda yanacaq doldurur. Hər bir tirin doldurduğu yanacağın qiyməti isə 700-800 dollar civarındadır. Həmçinin tir sürücüləri ordan yataqxana kimi istifadə edirlər).

Yanacaq doldurma məntəqələrinin hər ikisinin adı "Turan"-dır. Mamed öz qızının adına bu yanacaq doldurma məntəqəsini qoyub. Hər iki yanacaq doldurma məntəqəsinin qiyməti 10000000 (on miliyon) dollar dəyərindədir. Yanacaq doldurma məntəqələrinin avadanlıqları isə Türkiyədə hazırlanıb və gətirilib qurlaşdırılıb.

Mütəxəsisləri də Türkiyədən dəvət olunublar. Bu pulların hamısı narkotik vasitələrin satışından və dövriyyəsindən əldə olunub.Onu da qeyd edim ki, yanacaq doldurma məntəqəsinən yolun arasında məsafə 32 metr olmalıdır halbuki burda mesafeni 5 metr qoyublarburda hər an faciə baş verə bilər .Aidiyatı qurumlar bəs hara baxır?! Mənimdə günahlm odur ki, mən Müharibə veteranıyam, belə iryənc işlərdən kənaram, ona görə də bu günki gün məni küncə sızıblar və bu işbaz məmurlar mənim bir başa evimin içinə müdaxilə edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq...
Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR...
Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR...
Qazaxda məmur özbaşınalığından prezidentə şikayət olundu... - NARAZILIQ VAR...