Bakıda ağır qəza: Sürücü “Chevrolet”də yanaraq öldü - FOTO
23-03-2016, 10:37
Oxunub: 759
Avtomobil “Beynəlxalq Sığorta Şirkəti”nin binasına çırpılıb
Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb.
Bolgexeber.com- un APA-ya istinadən məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektlə sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil “Beynəlxalq Sığorta Şirkəti”nin binasına çırpılıb.
Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından sürücü sükan arxasında sıxılıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq ölüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb.
Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin “bort kompüteri”ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.



Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm