BolgeXeber.Com » Xəbərlər » Ərəstun Cavadovun bacısı vətəndaşı təhqir və təhdid edir: “Evinizi yandıraram…” – AUDİO

Ərəstun Cavadovun bacısı vətəndaşı təhqir və təhdid edir: “Evinizi yandıraram…” – AUDİO

24-03-2016, 15:05
Oxunub: 3 230 Ərəstun Cavadovun bacısı vətəndaşı təhqir və təhdid edir: “Evinizi yandıraram…” – AUDİO"Bu qadın mənim telefonuma zəng edərək məni təhqir etdi, qadın əxlaqına sığmayan şəkildə ifadələr işlətdi"

Bolgexeber.com bildirir ki, Cumhuriyyət.az son günlər Ağsu rayonunda cərəyan edən olaylar haqqında silsilə reportajlar verməkdə davam edir. Ağsu sakinləri rayondakı məmur özbaşnalığından cana doyduqlarını bildirirlər. Bu günlərdə rayonun Ərəbmehdibəyli kənd sakinləri də cumhuriyyət.az-a kənddə başlarına açılan oyunlarla bağlı şikayətlərini bildirmişdilər.

Kənd sakini Ruslan Xalıqov kənddə yaradılan problemlərin başında sabiq millət vəkili Ərəstun Cavadovun dayandığını bildirmişdi. Belə ki, “Ağsuda Cavadovlar zülmü” başlıqlı yazımızda şikayətçi qeyd edirdi ki, hazırda Ərəstun Cavadovun kiçik qardaşı Vüqar Cavadov Ərəbmehdibəyli kəndinin bələdiyyə sədridir və kəndin torpaqlarını ayrı-ayrı işbazlara satmaqla məşğuldur. Onu da bildirək ki, cumhuriyyet.az olaraq adıçəkilən bələdiyyə sədrinin macərası haqda “Ağsuda sərxoş bələdiyyə sədrinin qumar oyunu: bir gənc bıçaqlandı” başlıqlı yazımızda bəhs etmi.ik. Bütün bunlar ölkə KİV-ində kütləvi şəkildə ictimailəşmiş və tənqid olunan tərəf baş verənlərə cavab kimi təhdid və təhqir yolunu tutmuşdur.

Ərəbmehdibəyli kənd sakini Ruslan Xalıqov yenidən cumhuriyyət. az müraciət edərək bunları bildirib: “Novruz bayramı ilə əlaqədar Bakıdan kəndə qəbirləri ziyarət etməyə gələn kəndimizin bir sıra sakinləri var idi. Bu sırada keçmiş deputatımızın bacısı da olub. Hazırda Bakı şəhərində həkim işləyən həmin qadının adı Yanaqdır. Bu qadın mənim telefonuma zəng edərək məni təhqir etdi, qadın əxlaqına sığmayan şəkildə ifadələr işlətdi. Mən onun bir neçə kəlmə sözünü diktofona yaza bildim. Qadın açıqca deyir ki, bir də qardaşım Ərəstunun adını hansısa KİV-də hallandırsan, evini yandırtdıracağam. Mən ölkənin hüquq-mühafizə orqanlarına kiv vasitəsi ilə müraciət edərək hüquqlarımın qorunmasını tələb edirəm. Biz hansı dövrdə yaşayırıq?Məgər mövcud qanunlar tənqidə görə təqibi, təhdidi nəzərdə tutur? Buna görə də əlimdəki faktı qərara aldım ki, informasiya vasitələri ilə ictimailəşdirim”.

Redaksiyadan: Audioyazıda işlənən ifadələrə görə oxuculardan üzr istəyirik. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.