Lənkəranda 5 nəfəri maşın vurdu - 4-ü öldü
24-03-2016, 10:15
Oxunub: 5 203
Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb
Bolgexeber.com bildirir ki, apa-nın məlumatına görə, martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi "VAZ-21099" markalı, 10-EG-472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan üçü - Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.
Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş 25 yaşlı Səbuhi Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi - 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerindən yayınıblar. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbilər görülür.
Faktla bağlı araşdırma aparılır.
Araşdırma aparılır.
***
Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb.
Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi “VAZ-21099” markalı, 10-EG-472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub.
Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan üçü - Lənkəran şəhər sakinləri 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.
Avtomobilin sərnişini, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında (MRX) yerləşdiriliblər.
Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, MRX-nin reanimasiya şöbəsinə yerləşdirilmiş 25 yaşlı Səbuhi Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi - 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerindən yayınıblar.
Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbilər görülür.
Faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər